Müxalifətin məqsədi dinc aksiya keçirmək yox, qarşıdurma yaratmaqdır
04.05.2012 [01:07]
“İctimai Palata adlanan qurum təmsilçiləri növbəti aksiyanın Bibiheybətdə keçirilməsinə münasibət bildirməzdən əvvəl demişdim ki, onlar daha həmin yerdə aksiya keçirməyəcək. çünki onlar say baxımından az olduqlarından həmin yeri doldura bilmirlər. Halbuki ora çox təmirli, yüksək səviyyəli bir stadiondur. Həmin stadionun üçdə birini doldura bilmədilər, indi də deyirlər ki, daha başqa yer istəyirik”. Bu fikirləri APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib. O bildirib ki, İctimai Palata aksiyaları mümkünsüz yerlərdə keçirmək istəyir: “Elə etmək istəyirlər ki, aksiyanı keçirməsinlər. çünki onların aksiya keçirməyə potensialı yoxdur. Bu potensial olmadığına görə onlar qarşıdurmaya getməlidir və mütləq bu addımı atacaqlar”.
S.Novruzov deyib ki, Bibiheybət qəsəbəsindəki meydança aksiya üçün çox əlverişlidir: “İstəyirlər, orada hər gün aksiya keçirsinlər. Şəhərin mərkəzinə yaxın bir yerdir. Məsələn, Dövlət Bayraq Meydanından aksiya keçirilən yerə heç bir kilometr məsafə deyil. Yaxud Əl Oyunları Sarayından oraya bir kilometr yarım məsafə var. İndi Bakı Bulvarı da əlavə olaraq yeddi kilometr uzadılır. Getsinlər bulvara, oradan gəzə-gəzə aksiya keçirsinlər. Onsuz da deyirlər ki, marşrut problemi olur... Bilirsiniz, onların dediyinin hamısı bəhanədir. Əgər sənin tərəfdarın varsa, aksiyanı Ərdəbildə də keçirə bilərsən. Ancaq bunların məqsədi dinc etiraz aksiyası keçirmək yox, qarşıdurma yaratmaqdır”.
S.Novruzov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin sonuncu açıqlamasına da münasibət bildirib: “Fransanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti bitir. Belə bir vaxtda bu cür ifadələr işlətmək heç bir səfirə uyğun gələn bir şey deyil. O, sadəcə olaraq, guya “Avropa həmrəyliyi”ni nümayiş etdirmək istəyir”.
Millət vəkili bildirib ki, səfirlər iki ölkələr arasındakı münasibətlərin möhkəmlənməsinə çalışmalıdır, münasibətlərin korlanmasına xidmət etməməlidir: “Təbii ki, təmsil etdiyi ölkənin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, səfirin hər hansı dövlətin, ölkənin daxili işlərinə qarışmağa səlahiyyəti yoxdur. Əks halda, ölkənin bu sahədəki qanunvericiliyinə uyğun addımlar atılır”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

