Bacardığımız hər şeyi edəcəyik
11.05.2012 [00:54]
Nüfuzlu “Business-year” jurnalının Azərbaycana həsr olunmuş 2012-ci il tarixli xüsusi buraxılışında birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın müsahibəsi dərc olunub. AzərTAc həmin müsahibəni təqdim edir.
- Siz dünyada ən işgüzar birinci xanım kimi tanınırsınız. Siz Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri, eyni zamanda, Azərbaycan Milli Məclisinin deputatısınız. Belə böyük və çoxşaxəli fəaliyyət Sizin üçün nə deməkdir?
- Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən. Bu kömək müxtəlif cür ola bilər. Bəziləri itirdiyi sağlamlığını qaytarmağa çalışır, bəzisi təhsil almaq, digəri muzey yaratmaq istəyir, biri isə gələcək nəsillər üçün abidələri qorumaq istəyir. Bəzən infrastruktur dəyişikliklərini müdafiə etmək zərurəti yaranır, bəzən də maraqlı layihələrin təşkilati dəstəyə ehtiyacı olur. Ən əhəmiyyətlisi odur ki, biz həm böyük layihələrin həyata keçirilməsi ilə, həm də insanlara kömək etməklə məşğuluq.
- Heydər Əliyev Fondu 2004-cü ildə yaranmışdır. Yarandığı gündən bəri Fond bir sıra mədəni, təhsil və səhiyyə layihələrini həyata keçirmişdir. Fondun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bizim fəaliyyətimizin, layihə və proqramlarımızın təsnifatını vermək çətindir. Əvvəldən başlayaraq fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirdik. Buraya təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr daxil idi. Səkkiz il ərzində Heydər Əliyev Fondu həmin sahələrdə uğurlu layihələr həyata keçirmişdir. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək Bakıda yüksək səviyyəli konfranslar və festivallar keçirdik. Fond təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək, qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətini davam etdirir. Belə bir anlayış var: humanist meyar. Bizim Fond bu aspektdə işləyir. Fərqləndirmək çətindir ki, deyəsən, bu təcilidir, bu isə gözləyə bilər. Məsələn, Fondun layihələri çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilmiş, təmir olunmuş, yüksək standartlar səviyyəsində təchiz olunmuşdur. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır. Bu isə on minlərlə oğlan və qızı layihəyə cəlb etmək deməkdir. Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılmışdır. çox mühüm işdir, qoyulan sərmayənin özünü doğruldacağı şübhəsizdir. Eyni zamanda, Fondumuz genişmiqyaslı səhiyyə layihələri həyata keçirir. Buraya xəstəxanalar, klinikalar tikilməsi, müasir avadanlıq alınması, diabet və tallassemiya xəstəliklərinin müalicəsi daxildir. Bu layihələrin hər biri neçə həyatın qorunması və sağlamlığı deməkdir.
Mədəniyyətin, mədəni irsin qorunması Fondun fəaliyyətində başqa bir istiqamətdir. Fondun dəstəyi ilə musiqi tədbirləri, ənənəvi muğam festivalı, Qəbələ beynəlxalq musiqi festivalı və Rostropoviç klassik musiqi festivalı keçirilir. Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilmiş, regionlarda yeni muzey və musiqi məktəbləri yaradılmışdır. Biz beynəlxalq təşkilatlarla, o cümlədən, UNESCO, İSESCO və UNİSEF ilə fəal əməkdaşlıq edirik. Buna baxmayaraq, elə bilirəm ki, Fondun fəaliyyətinin ən böyük nəticəsi Azərbaycanda xeyriyyə fəaliyyətini canlandırmaq olub. ölkəmizdə xeyriyyə fəaliyyətinin uzun tarixi vardır. İlk neft bumu dövründə neft maqnatları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev bu ənənələrin yaranmasına böyük töhfə vermişlər. İyirminci əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev qızlar üçün ilk dünyəvi məktəbin tikintisini, ilk milli teatrın açılmasını maliyyələşdirib. O, azərbaycanlı gənclərin Rusiyada və Avropada təhsil almasına da yardım edib. Musa Nağıyevin tikdirdiyi gözəl binalar Bakının memarlıq inciləri sırasındadır. Yaxşı haldır ki, bu ənənələr qədim tarixi olan, Şərq ilə Qərbin kəsişdiyi yerdə qərar tutan tolerant və dünyəvi Azərbaycanda indi də yaşayır. Burada keçmişlə indiki zaman həmahəng olaraq yaşayır.
- Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, həm də xarici ölkələrdə nadir mədəni irsin qorunmasına ciddi töhfələr verməkdədir. Məsələn, Fond Parisdə Notr-Dam, Strasburq Kafedral kilsələrinin bərpasına da yardım edib. Sizcə bu işlərin əhəmiyyəti nədədir?
- Qədim və zəngin mədəni irs xalqımızın iftixarıdır. Buraya əsrlərlə yaşı olan xalçaçılıq sənəti, ədəbiyyat, Şərq-Qərb musiqisinin füsunkar harmoniyasını təqdim edən musiqi, həmçinin “donmuş tarix” adlanan Azərbaycan memarlıq abidələri daxildir. Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. İtmiş hər hansı maddi dəyər əvəzedilməzdir və inamla deyə bilərəm ki, bu, gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də, həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarda mədəni irsin qorunması üçün əlimizdən gələni edirik. Heydər Əliyev Fondu bir sıra memarlıq abidələrini, o cümlədən Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayını bərpa etmişdir. Fondumuz Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Fond bu istiqamətdə fəaliyyətini davam etdirəcəkdir. Hazırda biz Vatikanda mədəni abidələrin bərpası üçün danışıqlar aparırıq. Mədəni və humanitar əlaqələrin qurulması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Mədəni əməkdaşlıq bir-birimizi necə tanıdığımızı üzə çıxarır, bir-birimizin tarixini, mədəniyyətini, ənənələrini necə bildiyimizi göstərir. 2011-ci ildə Fond müstəqilliyimizin 20-ci ildönümü münasibətilə müxtəlif ölkələrdə böyük tədbirlər keçirdi. Elə bilirəm ki, bu tədbirlər bir çox insanların bizi tanımasına yol açdı, onlar musiqimizi, mədəniyyətimizi, incəsənətimizi sevdilər. Yanvar ayında Londonda “Bakıya uçuş: Azərbaycanın müasir incəsənəti” sərgisini təşkil etdik. Sərgidə ən müxtəlif janrlarda bir-birindən maraqlı əsərlər, boyakarlıq, qrafika, foto və video nümunələri nümayiş etdirildi. Belə sərgilər tezliklə Berlində, Nyu-Yorkda, Parisdə və Romada da keçiriləcəkdir.
Qeyd etmək istərdim ki, Fondun beynəlxalq fəaliyyəti yalnız mədəni tədbirlə məhdudlaşmır. Fond Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikmişdir. Köhnə məktəbi zəlzələ dağıtmışdı. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilmiş və ya təmir edilmişdir. Haiti zəlzələsindən, Rumıniya daşqınlarından əziyyət çəkmiş insanlara yardım etmişik. Heydər Əliyev Fondu Azərbaycanın digər ölkələrlə dialoqunun genişləndirilməsinə öz töhfəsini verir. Fondumuz beynəlxalq əməkdaşlıq üçün gözəl imkanlar yaradır.
- Dünya iqtisadiyyatının böhran içində olduğu bir vaxtda Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Azərbaycanda xeyriyyə fəaliyyətini inkişaf etdirməyin əhəmiyyəti nədir?
- Azərbaycanın uğurları aşkardır. Dövlət büdcəsi 16 dəfə artmışdır, minlərlə məktəb, yüzlərlə səhiyyə müəssisəsi, onlarla idman qurğusu tikilmişdir. Yoxsulluğun səviyyəsi beş dəfə azalaraq 49 faizdən 9 faizə enmişdir. Sevimli Bakımız çox dəyişmişdir, Azərbaycanın rayonları da dəyişmişdir. Bu, ölkədə inkişafın miqyasını və dərəcəsini aydın göstərir. Buna baxmayaraq, qeyri-kommersiya sahəsində xeyli iş görülməlidir. Hər şeydən əvvəl, mədəniyyət sahəsində. Bu gün Azərbaycan daha çox neft və qaz ixracatçısı kimi tanınır. Amma bizim tariximiz, mədəniyyətimiz də əhəmiyyətli milli irsdir. Zəruri sosial layihələr də bizi gözləyir, amma sosial-iqtisadi inkişaf hələ o səviyyədə deyildir.
Zənnimcə, insanın hissləri, daxili duyumu çox mühüm amildir. İqtisadi böhran davam edirsə, xeyriyyə ənənələrini və sosial məsuliyyəti artırmaq həyati zərurətə çevrilir, bu, insana başqasının dərdinə yanmaq və onu başa düşmək qabiliyyəti aşılayır. Bu, həyatımızın bir parçasına çevrilməlidir.
- Bir il əvvəl Azərbaycan Ell və Nikki duetinin timsalında Düsseldorfda “Eurovision” mahnı yarışmasında qələbə qazandı. “Eurovision-2012” yarışmasının Təşkilat Komitəsinin sədri kimi deyə bilərsinizmi, Azərbaycan belə mühüm bir tədbirə ev sahibliyi etməyə necə hazırlaşır?
- Deməliyəm ki, “Eurovision” mahnı yarışmasında təmsilçilərimizin qələbəsini xalqımız çox böyük coşqu ilə qarşıladı. Bir azərbaycanlı, ölkəmin bir vətəndaşı kimi bu hadisə mənə hədsiz təsir etdi. Bu, həm iştirakçıların, həm də onların çıxışını hazırlayanların böyük uğurudur. “Eurovision”da qələbə onu göstərir ki, həyatda uğur və məsuliyyət yanaşıdır. Belə irimiqyaslı yarışmaya hazırlıq bir çox aspektlərdən asılıdır: konsert zalı, otellər, şəhər təchizatı, infrastruktur. Bizim hazırlığımız artıq sona çatır. ümid edirəm ki, hazırlığımızın nəticələrini aprel ayında yekunlaşdıra bilərik. Başqa bir məsələni qeyd etmək istərdim. “Eurovision” müxtəlif ölkələrin, müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin ümumi təntənəsidir. Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh və harmoniya içində dinc yanaşı yaşamışlar. Qitələrin və sivilizasiyaların qovuşuğunda yerləşən bir ölkə kimi, biz müxtəlif dinlərlə, müxtəlif mədəni dəyərlərlə, adət və ənənələrlə tanışıq. Bizim tolerantlıq ənənəmiz elə bir parlaq təməl yaradıb ki, Azərbaycana gələn hər bir təşkilatçı, müşahidəçi, yaxud adi tamaşaçı üçün hər cür şərait yarada bilərik. ümid edirəm ki, Şərq memarlıq üslubu ilə müasir Avropa üslubunu özündə birləşdirən Bakının gözəlliyi özünün çeşidli aurası, mehribanlığı və qonaqpərvərliyi ilə hətta ən tələbkar qonaqların da istəyinə cavab verəcəkdir. “Eurovision-2012” mahnı yarışması ilə bağlı on minlərlə insan Bakıya gələcəkdir. Biz onları qəbul etməkdən məmnunuq.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

