Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Parisdən üçüncü dövlətlərə “çağırış”...

Parisdən üçüncü dövlətlərə “çağırış”...

28.02.2024 [10:42]

Müharibə tezisləri yayan Avropa digər ölkələri də “bataqlığa” cəlb edir...

Qərb Ukraynaya yardımın genişləndirilməsi ilə bağlı konsensus əldə edə bilmir. Fevralın 26-da Fransa prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə çağrılan Ukrayna ilə bağlı təcili iclas gözlənilən nəticəni verməyib. Xatırladaq ki, görüşdə Qərb ölkələrinin təqribən 20 lideri iştirak edib. Onlar arasında Almaniya Kansleri Olaf Şolts, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, İspaniyanın Baş naziri Pedro Sançes, Niderlandın Baş naziri Mark Rutte də olub. Parisdə keçirilən konfransda Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə edilib, lakin orada iştirak edənlər bu mövzuda konsensus əldə etməyiblər. Makron görüşün yekunlarına dair mətbuat konfransında bildirib ki, hər şey azad və birbaşa şəkildə müzakirə olunub: “Quru qoşunlarının rəsmi yerləşdirilməsi ilə bağlı konsensus yoxdur, lakin zaman keçdikcə heç nəyi istisna etmək olmaz”“.

Bununla belə Makron deyib ki, Ukraynanın Qərb müttəfiqləri Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar.

Görüşdən əvvəl bəyan edilmişdi ki, əsas müzakirə mövzularından biri Kiyev üçün Avropa İttifaqından kənarda döyüş sursatının alınması imkanlarının  araşdırılması olacaq. Bununla bağlı isə yaxın günlərdə Çexiyanın baş naziri Peter Fialanın üçüncü ölkələrdən Ukrayna üçün 800 min mərmi alınması ilə bağlı ətraflı plan təqdim edəcəyi gözlənilir.

Ukrayna isə Aİ-nin yardımlarından açıq şəkildə narazıdır. Belə ki, rəsmi Kiyev bəyan edib ki, Ukrayna Avropa İttifaqının vəd etdiyi artilleriya mərmilərinin cəmi 30 faizini alıb.  Ukrayna prezidenti Zelenski Bolqarıstanın baş naziri Nikolay Denkovla keçirdiyi mətbuat konfransında deyib ki, Avropa İttifaqının vəd etdiyi milyon mərminin heç 50 faizini belə əldə edə bilməyiblər.

Bu müzakirələr və açıqlamalar bəzi həqiqətləri ortaya çıxarır. O baxımdan ki, Ukraynaya yardımla bağlı ABŞ-a “arxayın” olan Avropa məkanı son dövrlərdə açıq çətinliklər yaşayır. Vaşinqtonun Ukraynaya yardımla bağlı geriləmə yaşaması isə Aİ-nin üzərinə götürdüyü “öhdəlikləri” yeniən aktuallaşdırır. Boş sözə, yalan vədə öyrəşmiş Avropa Ukraynaya yardım etmək məcubriyyətində qalıb. Amma potensial olmayan yerdə...

Fransa prezidentinin Ukraynanı söz verdikdəri kimi silahlandırmamaları, hətta bu yöndə konsensusa belə gələ bilməmələri ilə bağlı açıq bəyanatı Qərbin boş “müharibə tezislərinin” açıq fiaskosudur. Dünyanın əksər nöqtəsində münaqişələr yaratmaq axtarışında olan Fransa özünün hərbi potensialını üstələyən iddialar səsləndirir. Məsələn, Ermənistana köhnə silahlar sırımaqla özünün əlaltısına çevirən Makron Ukrayna reallığı qarşısınıda susmağa məcburdur - axı, burada söhbət real işdən gedir. Ukraynaya söz verilən mərmilərin başqa ölkələrdən alınması məsələsi isə növbəti avantürist marağın ortaya atıldığını göstərir - Qərb münaqişəyə daxil olmayan ölkələri bu və ya digər şəkildə prosesə “cəlb etmək” arzusundadır. Başqa sözlə, Ukrayna “bataqlığında” tək batmamaq üçün bütün dövlətləri bu işə qarışdırmaq niyyətindədirlər...

SADİQ

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31