"Contact.az"ın ermənipərəst mövqeyi, yaxud, H.Klintonun fikirləri necə təhrif edildi?
05.06.2012 [23:04]
Əlbəttə ki, dünyanın supergücü olan bir dövlətin yüksəkçinli rəsmisinin regionumuza səfərə gəlməsi əhəmiyyətli geosiyasi və geoiqtisadi məsələlərin müzakirə mövzusu olacağından xəbər verirdi. Nəzərə alsaq ki, strateji coğrafi mövqedə olan region kimi Cənubi Qafqazda həm iri transmilli layihələrin reallaşdırılması, həm də münaqişələrin mövcud olması bütün dünyanın diqqətini ABŞ-ın dövlət katibinin səfərinə cəmləyirdi. Bu səbəbdən də, bir sıra maraqlı qüvvələr müxtəlif vasitələrdən istifadə etməklə, aparılacaq danışıqlar prosesinə müdaxilə etmək və müəyyən dividendlər əldə etməyə çalışırlar. Elə həmin qüvvələrdən biri ermənilərdir və onların maraqlarına xidmət edən anti-Azərbaycan qüvvələrdir.
Məlumat üçün bildirək ki, NATO-nun çikaqo Sammitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul edilmiş sənəddə münaqişənin ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapmalı olduğu göstərilirdi. Bu da Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən dəstəkləndiyinin göstəricisi idi. Bununla razılaşmayan dünya erməniliyi Azərbaycana qarşı növbəti təxribatlar kampaniyasına start verdi. Həm Ermənistan dövləti, həm də erməni lobbisi Azərbaycanın diplomatik zərbələrinə tab gətirməyək, NATO-nun çikaqo Sammitində də növbəti dəfə məğlubiyyətə uğradığından hansısa formada bunun əvəzini çıxmağa çalışdılar. Onlar məğlubiyyətlərini kompensasiya etmək məqsədilə Hillari Klintonun regiona səfəri başlamamazdan əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı dövlət katibinə təkliflər göndərdilər. Lakin bunun heç bir nəticəsi olmadı.
Ardıcıl olaraq, məğlubiyyətə uğrayan ermənilər səfər çərçivəsində də təxribatlar törətməklə məqsədlərinə nail olmağa çalışdılar. Lakin təəssüflər olsun ki, bu dəfə ermənilərə dəstək verənlər sırasında Azərbaycandakı anti-milli qüvvələr də yer aldılar. Sırf ermənilərin mövqeyini dəstəkləyən fikirlər ortaya qoyan həmin anti-milli qüvvələr növbəti dəfə Azərbaycan xalqının maraqlarına zərbələr vurmağa və ermənilərin mənafeyini qorumağa cəhd göstərdilər.
Anti-Azərbaycan kampaniyasının yerli koordinatorlarından olan “Turan” İnformasiya Agentliyi ermənilərin H.Klintona göndərdiyi təkliflərin məğzini bir daha aktuallaşdıraraq, ictimai rəydə çaşqınlıq yaratmaq məqsədilə, agentliyin Demokratiyaya Milli İanə təşkilatının dəstəyilə reallaşdırdığı Contact.az layihəsində ermənilərin mövqeyini əks etdirən təxribata yol verdi. Contact.az saytında yayılmış informasiyada bildirildi ki, guya Hillari Klinton Yerevanda mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü prinsipi yeganə prioritet deyil. Əslində isə, xanım Klinton bildirib: “Mən, Ermənistan prezidentinə bəyan etdim ki, Birləşmiş Ştatlar sülh razılaşmasının Helsinki Prinsiplərinə, o cümlədən, güc tətbiqi və təhdidindən çəkinmə, ərazi bütövlüyü, bərabər hüquqlar və öz müqəddəratını həll etmə hüquqlarına əsaslanmalı olduğuna inanır. Bunlardan heç birini xaric etmək olmaz. Uzunmüddətli həll yolunun tapılması üçün bu prinsiplərin hamısı nəzərə alınmalıdır”.
Göründüyü kimi, Contact.az ermənilərin mövqeyini ortaya qoyaraq, Hillari Klintonun ölkəmizə səfəri ərəfəsində təxribat törətmək istədi. Bu fakt onu sübut edir ki, Contact.az və onun təsisçiləri ermənilərin maraqlarına xidmət edir, onların “dəyirmanına su tökür”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

