Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa miqrantlara “müharibə” elan etdi...

Avropa miqrantlara “müharibə” elan etdi...

06.03.2024 [10:33]

“Qoca qitə” sosial böhrandan çıxış yolları axtarır

Son illərdə Avropa ilə bağlı əsl həqiqətlər üzə çıxdıqca “qoca qitə”nin “dünya hegemoniyası” ansamblında təmsilçilikdən niyə təbi yolla uzaqlaşmasının sirri də aşkar olur. Dünyada baş verən siyasi, iqtisadi, hətta hərbi kataklizmələrin, lokal münaqişələrin həllində belə özünü “söz sahibi” sanan “köhnə qitə” bununla özünün acınacaqlı durumunu pərdələməyə çalışır. Əsl reallıq bundan ibarətdir ki, Avropada durum həddindən artıq ağır vəziyyətdədir. Hələ ki, siyasi cəhətdən monolit görüntü yarada bilən Qərb, eyni “poza”nı iqtisadi-demkqrafik durumla bağlı sərgiləmək qüdrətində deyil. Səbəblər bəlli, reallıqlar ortadadır.

Qərbin “pərdələmə” metodu işə yaramadı...

Qərbin son 15 ildə fərqli coğrafyalarda törətdiyi siyasi çaxnaşmalar, hakimiyyət dəyişiklikləri, iqtisadi böhranlar milyonlarla miqrantın ortaya çıxmasına səbəb olub. Bu və ya digər şəkildə özünün yaratdığı “standartlar”ın bəhrəsi kimi ortaya çıxmış bu miqrant ordusunun tək hədəfi isə elə Qərbə “köç etməkdir”. Əvvəlki illərdə bu kimi yerləşimlər daha rahat şəkildə mümkün idisə, artıq proses olduqca qəlizləşib:

- Qərb özünün demoqrafik gerisayımını ört-basdır etmək üçün əl atdığı “miqrant yerləşdirilməsi” siyasətinin ağrılarını yaşayır;

- Miqrantların ildən-ilə artması gözlə görəsi şəkildə iqtisadi çətinliklər yaradır.

Mühüm bir statistika: 2015-ci ildə Almaniyada miqrantlar və onların nəsillərinin əhali arasında payı 21 faiz təşkil edib. Miqrantlar arasında təbii artım yerli əhaliyə nisbətən yüksək göstəricilərə malikdir. Ona görə aşağı yaş qrupları üzrə miqrantlarla əlaqəli olan əhalinin payı daha yüksəkdir. Aparılan təhlillər göstərir ki, Almaniya hazırda dünya ölkələri arasında ABŞ-dan sonra yeni qəbul edilən immiqrantların sayına görə ikinci yeri tutur. Rəsmi məlumatlara əsasən 2013-cü ildə Almaniyada 29,6 mln. nəfər miqrant və onların nəsillərindən olanlar yaşayıb.  Onların 12,1 mln. nəfəri ölkə vətəndaşlığı alıb. Miqrantlar və onların nəsilləri ölkənin ümumi əhalisinin 25,6 faizini təşkil edib. Ölkədə olan miqrantların 7,2 mln. nəfəri miqrantların nəsilləridir və onlar Almaniyaya gələndən sonra doğulub. Beləliklə, bu statistikadan yola çıxsaq rəqəmlərin ötən 7-8 ildə hansı vəziyyətdə olduğunu görə bilrik. Beləliklə, hazırda Almaniya əhalisinin bəlkə də yarısından çox artıq miqrant əhalinin formalaşdırdığı “almaniyalıdır”.

Miqrant əleyhinə siyasi ştrixlər - sosial böhrandan qaçış mexanizmi...

 Bu kimi fakt bütün dövlətlərlə bağlı aktualdır. Bunun da təbii səbəbləri var. Fransız analitiklər demoqrafiyanın təməl qaydalarına istinadən bildirirlər ki, istənilən etnosun və millətin minimum 25 il ərzində məhv olmaması üçün həmin toplumda doğuş əmsalı hər ailəyə minimum 2,11 uşaq olmalıdır. Son 10 ilin Avropadakı statistikası isə ən yaxşı halda Fransanın timsalında 1,8 əmsalı keçmir. Yaranan paradoksun kompensasiyası isə mütləq şəkildə miqrantların vasitəsilə həyata keçirilir. Amma görünür iqtisadi çətinliklər artıq bu məsələyə də “yeni nizam” gətirib. Belə ki, 2022-ci illə müqayisədə Avropa İttifaqı ölkələri 2023-cü ildə daha çox miqrantı deportasiya edib. Bu barədə Avropa İttifaqının daxili işlər üzrə komissarı İlva Yohansson Aİ ölkələrinin daxili işlər nazirlərinin Brüsseldə keçirilən iclasından əvvəl deyib. O bildirib ki, Aİ ölkələrindən deportasiya olunanların sayı 15 faiz artıb. “Səbəb üzv dövlətlər arasında əməkdaşlığın daha yaxşı olmasıdır. Aİ ölkələri 2023-cü ildə öz ölkələrinə əvvəlki ilə nisbətən xeyli çox miqrant deportasiya edib. Deportasiyaların sayı 15 faiz artıb. Dövlətlər öz deportasiya qərarlarını daha tez-tez Şengen İnformasiya Sisteminə daxil edirlər”, - Aİ komissarı deyib.

Qeyd edək ki, Şengen İnformasiya Sisteminin məqsədi deportasiyanın bütün üzv dövlətlərdə tətbiq edilməsini təmin etməkdir. Sığınacaq axtaran şəxs Almaniyada rədd edilsə, lakin Fransada tapılarsa, o, oradan birbaşa gəldiyi ölkəyə də göndərilə bilər. Şengen İnformasiya Sistemi 2023-cü ilin mart ayından istifadə olunur.

Xatırladaq ki, Aİ statistikasına görə, 2022-ci ildə təxminən 96 800 nəfər Aİ-dən kənar ölkələrə geri göndərilib.

Aİ-də yoxsulluq riski artıb - uşaqlar sosial təcrid halındadır

Maraqldır ki, bundan əvvəlki dövrdə nə üçün bu mexanizm işləmirdi. Bununda açıqlaması var - bəli ölkələrdə insan resursunun əmsalı daha böyük mənfi saldo ilə müşayət olunduğu üçün bu dövlətlər miqrantların yerləşməsinə bir zamanlar o qədər də mənfi münasibət bəsləməyib. Amma son durum həyəcan təbili çalır. Bu qitədə dünyaya gələn uşaqların əksəriyyəti yoxsulluq yaşayır. Nə qədər qəribə olsa da, bu, faktlarla sübut edilir. Məsələn, ötən ayın sonunda BMT-nin Uşaq Fondunun (UNICEF) hazırladığı “Avropa İttifaqında uşaqların vəziyyəti” adlı hesabatda bildirilir ki, Avropa İttifaqında yaşayan hər dörd uşaqdan biri yoxsulluq və sosial təcridlə üz-üzədir Hesabatda bildirilib ki, bu rəqəm 2019-cu ildən bu yana risk altında olan uşaqların sayının təxminən bir milyon artığını göstərir. Sənədə əsasən, 2015-2019-cu illər arasında yoxsulluq riskinin 3,1 faiz azalmasına baxmayaraq rəqəmlər COVID-19 pandemiyası və inflyasiya da daxil olmaqla digər iqtisadi problemlərdən sonra təkrar artıb. Hesabatda UNICEF mənəvi sağlamlıq problemləri, ətraf mühit və rəqəmsal dəyişikləri Avropada uşaqların üzləşdiyi əsas problemlər kimi qeyd edir.

“Avropa İttifaqı dünyanın ən perspektivli regionlarından biri olmasına baxmayaraq yüksək dərəcədə yoxsulluq və sosial təcrid, mənəvi sağlamlıq problemləri, çirklənmə və çoxsaylı onlayn risklər milyonlarla uşağı imkanlardan məhrum edir və Aİ-nin gənc nəslinin potensialını təhlükə altına alır”, - deyə UNICEF-in Avropa İnstitutları üzlə nümayəndəsi Bertrand Bainvel hesabatda qeyd edir.

Avropa ilə bağlı bədbin proqnozlar...

Bəli, görünən budur ki, yeni çağırışlar Avropa İttifaqının iqtisadi - siyasi səmərəsizliyini tam şəkildə ifşa edir. Klassik imperializmin bətnindən ölü doğulmuş Aİ ideyası cəmisi 30- ildən sonra fiaskosunu ortaya qoyur. Prqonozlar bədbindir: BMT-nin müvafiq strukturları tərəfindən dünyada əhalinin artım proqnozlarında 2050-ci il üçün nəzərdə tutulan statistika Asiyaya 57,2, Afrikaya 21,8,  Latın Amerikasına belə 8 faiz artım proqnozlaşdırırsa, Avropa  üçün bu rəqəm 6 faizdən bir az çoxdur. Əlbəttə ki, bu artım da təbii artım olmayaq - mexaniki artım olacaq ki, bu da Avropa ənənəsinin “xaricində” qalan arzuların təcəssümü sayılmalıdır...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31