Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Ermənistanla Sazişə bu maddənin salınmasını istəmir?....

Azərbaycan Ermənistanla Sazişə bu maddənin salınmasını istəmir?....

10.03.2024 [13:33]

Medianın xətasıdır, ya Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan yenə aranı qarışdırır? 

Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:

“Bu nə bəyanatdır? Rus mənbələri də, erməni mənbələri də eyni məzmunu paylaşıblar. Mirzoyan deyib ki, guya " Azərbaycan 1991- ci ilin Alma - Ata bəyannaməsinə əsaslanan sərhədlər çərçivəsində  ərazi bütövlüyünün tanınması barədə maddənin sülh sazişinə salınmasını istəmir, bununla da gələcəkdə Ermənistana ərazi iddiaları sürmək üçün əsaslar saxlamaq niyətindıdir"…

Formal qaydada elə rəy yaradırlar ki, guya  Azərbaycan ərazi bütövlüyü prinsipini ümumən qəbul etmir və 2022- ci il oktyabrın 6- da  Praqada üçtərəfli qaydada Alma- Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün tanınması barədə razılaşmanı pozur .

Erməni diplomatiyasının məhz bu cür sətiraltı "tələləri" beynəlxalq miqyasda rəylər doğurur ki, "Azərbaycanın  Ermənistana  ərazi iddiası var, Azərbaycan Ermənistana hücuma hazırlaşır və sair.

Erməni diplomatiyasının yürütmək istədiyi böyük və çox incə yalanı tutmaq çətin deyil . Həqiqət budur ki, Azərbaycan ərazi bütövlüyünü  sülh sazişinin 5 əsas prinsipindən biri kimi müharibədən dərhal sonra irəli sürüb. 1991- ci ilin Alma- Ata bəyannaməsini də qəbul edib. Ermənistanın pozuculuğu böyük ehtimalla onunla bağlıdır ki, Alma- Ata bəyannaməsini 1992- ci ildə ratifikasiya edərkən ona əlavə etdikləri 10 absurd maddəni də qəbul etdirmək istəyirlər. Eyni zamanda ermənilər belə bir pozucu anlayışın içindədirlər ki, guya Alma- Ata bəyannaməsi sərhədləri müəyyən edib, ona görə də sərhədləri yaratmaq yox, bərpa etmək lazımdır . Tutdunuzmu, erməni  bicliyi haradadır? Alma- Ata bəyannaməsində sərhədlərin konkret coğrafi trayektoriyası göstərilib  ki?! Əgər var idisə,  Ermənistanın cinayətkar prezidentləri 1992- ci ildə niyə həmin sərhədlərdə dayanmadılar və  Ağdama qədər təcavüzkar yürüşlə gəldilər? ( Sonra da it kimi qovuldular)

Aydın görünür ki, Mirzoyanın hədəfi saziş imzalamaq deyil, imzalanmanı pozan "ritorik labirintlər" yaratmaqdır .Bu labirintlərdən  ən etibarlı çıxış üçün " Ariadna sapı "nı isə Azərbaycan prezidenti İlham Əliyev verib. Mirzoyan "düz yuvanın quşu olsa" , "düz yumurta döyüşdürən" olsa, İlham Əliyevin təklif etdiyi mexanizmə üstünlük verərlər. İlham Əliyev sərhədlərin coğrafi trayektoriyasını müəyyənləşdirmək üçün delimitasiya komissiyaları ilə bərabər müəyyən İşçi qrupların yaradılmasını da təklif edib. Bunun üçün eksklav olmayan 4 kəndimizin dərhal söz- söhbətsiz qaytarılması lazımdır. Qalan 4 kəndin və digər yerlərin  "sərhəd trayektoriyasını”  isə həmin İşçi qruplar işçi qaydada müəyyən edəcəklər .

Yalanların sonu gəlməz doğru olanı deməsək, cənab Mirzoyanlar …”

Paylaş:
Baxılıb: 579 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31