Azərbaycanın Naxçıvandakı Culfa qəbiristanlığı ilə bağlı gizlədəcəyi heç nə yoxdur
19.06.2012 [16:22]
Onun sözlərinə görə, təxminən iki ildir ki, ABŞ-ın Azərbaycanda daimi səfiri yoxdur və bu rəsmi Vaşinqtonun xarici siyasətində bir problem kimi özünü göstərməyə başlayır: "Bildiyimiz kimi, səfirliyə hazırkı namizəd vaxtilə ABŞ prezidentlərinin Xəzər məsələləri üzrə müşaviri olmuş Riçard Morninqstardır. Hazırda onun Senatın Xarici siyasət komitəsində dinləmələri keçirilir. Təcrübəli diplomatın çıxışları həm ABŞ, həm də Azərbaycan mətbuatının diqqət mərkəzindədir. Morninqstarın çıxışları onun ABŞ-ın Azərbaycandakı səfiri olmaq istəyinin ciddiliyini göstərir. Prinsipcə, Morninqstarın açıqlamaları yenilik deyil. Burada ABŞ-ın maraqları, beynəlxalq diplomatiya qaydaları və digər məsələlərə yer verilib".
A.Mirzəzadə onu da bildirib ki, ABŞ diplomatının açıqlamalarından birinə son günlərdə Azərbaycanın müxalifət mətbuatında fərqli don geyindirilməyə çalışılır: "Dinləmələr zamanı ermənipərəst ABŞ konqresmenlərindən birinin Naxçıvanın Culfa bölgəsində erməni qəbiristanlığı və xaçkarlarla bağlı verdiyi suala cavab olaraq Morninqstar bildirib ki, bu barədə araşdırma aparacaq və bu məsələ ilə dərindən maraqlanacaq. Bu, kifayət qədər diplomatik bir cavabdır. Aydın məsələdir ki, bu gün ABŞ-dakı erməni lobbisi bu ölkənin Azərbaycanda səfirinin olmasında maraqlı deyil. Buna görə də, onlar müxtəlif yollarla namizədlərin Azərbaycana meyilliliyini yoxlamağa çalışırlar. Nədənsə, Azərbaycan müxalifəti bundan şou düzəltməyə, bu fikirlərin guya ölkəmizin imicinə zərbə vuracağı fikrini yaymağa çalışır. Müxalifətin bu fikirdən iqtidara qarşı istifadə etməyə çalışması təəccüb doğurur".
Millət vəkili Morninqstarın istəyində qeyri-adi heç nəyin olmadığını söyləyib: "çünki Azərbaycanın bu məsələdə beynəlxalq ictimaiyyətdən gizlədəcəyi heç bir şey yoxdur. Azərbaycana gələcək səfir Culfadakı erməni qəbiristanlığı ilə bağlı maraqlanacaqsa, onun üçün şərait yaradılacaq, səfərinə yardım göstəriləcək və bu məsələ ilə bağlı istənilən informasiyanı əldə edə biləcək. Eyni zamanda, Azərbaycan tərəfi, şübhəsiz ki, cənab Morninqstardan öz səlahiyyətlərindən istifadə edərək qədim Azərbaycan şəhəri olan İrəvandakı Azərbaycan xalqına aid olan tikililərin dağıdılması, Ermənistanın digər bölgələrində azərbaycanlılara məxsus qəbiristanlıqların və mədəni abidələrin vəziyyəti ilə bağlı da maraqlanmasını xahiş edəcək. Şübhəsiz ki, cənab Morninqstara Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan əsgərinin olmasına dair, həmçinin, orada dağıdılan Azərbaycanın mədəni abidələri, Şuşada, Ağdamda və digər rayonlardakı qəbiristanlıqların vəziyyəti ilə bağlı peyk şəkilləri də təqdim ediləcək. ABŞ-ın Azərbaycana təyin olunacaq səfiri Culfa qəbiristanlığında hər hansı vandallıq aşkarlamayacaqsa, hesab edirəm ki, buna kifayət qədər sakit yanaşılacaq, çünki bu reallıqdır. Bununla belə, Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövləti ərazisindəki Azərbaycanın mədəni abidələri ilə bağlı materiallarla tanış olması üçün cənab Morninqstarın qarşıdakı üç ildə kifayət qədər vaxtı olacaqdır".
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

