"Rasmussen Global” Ermənistan hökumətinin “təbliğat şöbəsi” rolunda...
05.04.2024 [10:22]
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ermənipərəst dairələrə rahatlıq vermir. Bu səbəbdən də, ölkəmizə qarşı beynəlxalq müstəvidə qərəzli kampaniyalar səngimək bilmir. Erməni sevdalılarından biri də Danimarkanın keçmiş baş naziri, NATO-nun da keçmiş baş katibi olmuş Anders Foq Rasmussendir. Belə ki, “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrupa başçılıq edən Rasmussen vaxtaşırı olaraq ölkəmizə qarşı əsassız iddialarla çıxış edir. “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrupun 2024-cü il 21 mart tarixli “Avropa İttifaqı-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatı da bunun növbəti təzahürüdür.
Kimdir Rasmussen?
Xatırladaq ki, bu şəbəkənin hazırladığı “hesabatlar” əvvəllər də olub. Qrupun adından da göründüyü kimi, buraya toplaşanlar erməni sevgisi olanlardır və onlar obyektiv, real situasiyanı özündə əks etdirən, İrəvanın maraqlarına zidd olan hesabat hazırlaya bilməzdilər. Erməni maliyyəsi ilə fəaliyyət göstərən bu qrupun işi Azərbaycanı hədəfə almaqdan ibarətdir.
Anders Foq Rasmussen kimdir? 71 yaşlı danimarkalı 1987-1992-ci illərdə Poul Şlüterin kabinetində vergilər naziri, 1998-ci ildən isə Danimarka Liberal Partiyası-”Venstre”nin üzvü və 2001-2009-cu illərdə partiyanın sədri olub. O, 27 noyabr 2001-ci ildən 5 aprel 2009-cu ilədək Danimarkanın Baş naziri vəzifəsini tutub. Rasmussen bu ölkənin sayca 48-ci hökumət rəhbəri postunu daşıyıb. O, 2009-2014-cü illərdə NATO-nun sayca 12-ci baş katibi olub.
“Siz hərbçilərinizlə fəxr edə bilərsiniz”-deyən Rasmussen...
Xatırlatmaq yerinə düşər ki, Rasmussen NATO baş katibi olduğu müddətdə Azərbaycanın ünvanına təriflər yağdırıb, dövlətimizə minnətdarlığını dəfələrlə bildirib. Bunun üçün onun NATO-nun baş katibi kimi 2012-ci ilin 7 sentyabrında Azərbaycana səfərini xatırlatmaq kifayətdir. Rasmussen səfər zamanı ölkəmizi NATO-nun mühüm tərəfdaşı adlandırmışdı. Münasibətlərin sabit və müsbət olaraq inkişaf etdiyini bildirən Alyansın o vaxtkı baş katibi Azərbaycan hərbçilərinin Əfqanıstandakı xidmətini yüksək qiymətləndirmişdi: “Biz sizin hərbçilərinizin Əfqanıstana verdiyi qəti dəstəyi yüksək dəyərləndiririk. Onlar nümunəvi xidmət göstərirlər. Siz onlarla fəxr edə bilərsiniz”. “Biz hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə NATO-ya verdiyiniz siyasi dəstəyi də yüksək qiymətləndiririk” deyən Rasmussen Azərbaycanın bu prosesdə iştirakını Əfqanıstanda və regiondakı sabitlik üçün həyati əhəmiyyət daşıdığını vurğulamışdı. Rasmussen indi də bilməlidir ki, dövlətimiz və xalqımız hərbçilərimizlə fəxr edir. Çünki bu hərbçilər ərazi bütövlüyümüzü və suverenliyimizə də təmin edib.
Bəli, Rasmussen NATO baş katibi olanda Ermənistana deyil, məhz Azərbaycana minnətdarlığını bildirirdi. Bəs indi nə oldu ki, onun mövqeyi 180 dərəcədə dəyişdi? Cavab birmənalıdır: Ermənistanın, erməni diasporunun ona verdiyi pul müqabilində Rasmussen və onun QHT-si ermənilər üçün lobbiçilik edir, Azərbaycana böhtanlar atır.
Rəsmi Bakı bir müddət əvvəl Rasmussenin təşkilatının hesabatında yer alan Azərbaycan əleyhinə əsassız iddiaları qətiyyətlə pisləyib və rədd edib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi açıqlayıb ki, hesabatda bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız müddəalar Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Bu müddəalar, Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsinə yönəldiyi iddia olunan sözügedən hesabatla bağlı ciddi suallar doğurur. Əslində, bu, absurd təbliğatdan başqa bir şey deyil. Bundan əlavə, hesabatın ermənipərəst hekayələrin təbliğatı məqsədilə Ermənistan hökuməti ilə gəlirli sövdələşməyə uyğun olaraq hərəkət edən sözügedən erməni lobbi qrupu tərəfindən aprelin 5-də keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli konfransı ərəfəsində ictimaiyyətə açıqlanması sözügedən hesabatın və onu imzalayan sabiq rəsmilərin əsl niyyətlərini üzə çıxarır. Açıq mənbələrdən əldə edilən maliyyə sənədləri sübut edir ki, Anders Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq və şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadəyə davam edir. Ermənistan hökuməti onun müştərisi kimi bu hesabata görə yüz minlərlə ABŞ dolları xərcləyib.
BMTM-nin cavab-hesabatı
Yeri gəlmişkən, bugünlərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın dostları şəbəkəsi” qrupu tərəfindən hazırlanmış “Aİ-Ermənistan münasibətlərin dərinləşdirilməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda Azərbaycan barədə yer alan əsassız iddialara cavab-hesabat hazırlayıb. BMTM-dən verilən məlumata görə, cavab-hesabatda bildirilir ki, Avropa İttifaqı (Aİ) ilə münasibətlərini inkişaf etdirməsi üçün Ermənistana tövsiyələr verilməsi müsbət haldır və bu, Azərbaycanın maraqları ilə ziddiyyət təşkil etmir. Belə ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xarici ticarətinin 65 faizi Avropa İttifaqının payına düşür.
Narahatlıq doğuran məqam ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münasibətlərinin intensivləşdirilməsini hədəfləyən siyasətçilər və ekspertlər bu təşəbbüsləri Azərbaycana mənfi obraz yükləyərək mövcud faktları təhrifetmə yolu ilə aparırlar. Bu cür taktiki addımlar qeyri-məhsuldardır. Həm Ermənistanın, həm də bütövlükdə regionun və Avropa İttifaqının özünün maraqları üçün zərərlidir. “Rasmussen Global” tərəfindən dərc olunan son hesabat bunun aşkar nümunəsidir. Sözügedən hesabat erməni cəmiyyətində yanlış gözləntilərə səbəb olan qərəzli və təhrif olunmuş informasiyaları təqdim edir. Belə ki, “Rasmussen Global” hesabatında müxtəlif formalarda bir neçə yerdə qeyd olunmuş “Azərbaycan hərbi təhdid yaratmağa davam edir və Ermənistana hücum edəcəyinə dair işarə edir” ifadəsi Ermənistana artan Qərb hərbi yardımı və Avropa İttifaqının oradakı mövcudluğuna bəraət qazandırmaq məqsədi daşıyır.
Azərbaycan ən yüksək səviyyədə Ermənistana qarşı hərbi əməliyyatla bağlı hər hansı plan və niyyətin olmadığını birmənalı qaydada həmişə səsləndirib. Azərbaycan Prezidenti 2023-cü ilin dekabrında qəti şəkildə “Bizim Ermənistanın ərazisini işğal etməklə bağlı planlarımız yoxdur və onlar dövri olaraq bizi burada ittiham edirlər... Biz bunu istəmirik” fikrini səsləndirib. Buna baxmayaraq, Ermənistan və Qərbdəki bəzi siyasi qruplar Azərbaycanı Ermənistana qarşı ərazi iddialarının olmasında ittiham etməyə davam edirlər. Bu mənada “Rasmussen Global” Ermənistan hökumətinin təbliğat şöbəsi kimi fəaliyyət göstərir.
Rasmussen və onun təşkilatı Cənubi Qafqazda gərginliyin olmasına maraqlıdır
Həmçinin “Rasmussen Global” tərəfindən irəli sürülən iddiaların əksinə, Ermənistanın Rusiya ilə ticarəti Rusiya-Ukrayna münaqişəsinin başlanmasından indiyədək əslində, inkişaf edib. Bu artımı, ilk növbədə, Qərbin sanksiyalarından yayınması və sanksiyaya məruz qalan malların təkrar ixracı ilə əlaqələndirmək olar. Bununla yanaşı, “Rasmussen Global” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Rusiyanın “Azərbaycanın təcavüzü”ndən müdafiə olunması üçün Ermənistana az dəstək göstərdiyini bildirir. Nəzərə alınmalıdır ki, 1990-cı illərin əvvəllərində məhz Rusiya ilə müttəfiqliyi sayəsində 2 milyonluq əhalisi olan Ermənistan 7 milyonluq əhalisi olan qonşu Azərbaycanın torpaqlarını işğal etmişdi. Ermənistan Azərbaycan ərazilərinin işğalında Rusiyadan dəstək alması müqabilində öz suverenliyini Rusiyaya təhvil vermişdi. Bu səbəbdən, “Rasmussen Global” tərəfindən təhlükəsizlik təminatçısı kimi rolunun mübahisəli olduğu iddia edilən Rusiya əslində Ermənistanın regional ekspansionizm siyasətinə yardım edən müttəfiq olub.
BMTM-in cavab-hesabatında bildirilir ki, “Rassmussen Global” tərəfindən irəli sürülən fikirlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artdığı dövrə təsadüf edir və Ermənistan-Azərbaycan arasındakı sülh prosesinə töhfə verməyəcəyi dəqiqdir.
“Dar maliyyə maraqlarını obyektivlik və ədalətdən üstün tutan Rasmussen və onun konsaltinq şirkəti təkcə Qərb müttəfiqlərinin maraqlarını təhlükə altına almır, həm də Cənubi Qafqaz regionundakı gərginlikləri əbədiləşdirməyə xidmət edir. Siyasətçilər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələri bu cür qərəzli lobbiçilik cəhdlərinə qarşı ayıq-sayıq olmalı, Cənubi Qafqaza münasibətdə daha balanslı və inklüziv yanaşmanı təşviq etməlidirlər. Həqiqi sülh və stabillik ancaq dialoq, qarşılıqlı hörmət və bütün tərəflərin qanuni narahatlıq və maraqlarının nəzərə alındığı şəraitdə əldə edilə bilər”, - deyə cavab-hesabatda vurğulanır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

