Sülhə pəl vuran Fransa
05.04.2024 [10:30]
Bu ölkənin tənzimləmə prosesinə maneələr yaratmaq cəhdləri beynəlxalq səviyyədə tənqid olunur
Postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesinə beynəlxalq səviyyədə fərqli yanaşmalar müşahidə edilir. Təəssüf doğuran haldır ki, ayrı-ayrı ölkələrin və bəzi beynəlxalq təşkilatların mövqeləri etimad quruculuğunda müsbət rol almaqdan çox-çox uzaqdır. Bu qəbildən olan ölkələr və beynəlxalq təşkilatlar hansısa yollarla, manipulyativ davranışlarla sülh prosesini pozmağa çalışırlar. Özünü Avropanın aparıcı dövlətlərindən sayan, hətta liderlik ambisiyaları ortaya qoyan Fransa məhz belə pozucu qüvvələr sırasında yer alır. İş o yerə çatıb ki, bu ölkənin sərhədlərindən uzaqda yerləşən Cənubi Qafqaza da əl uzatması və burada himayəsində olan Ermənistan üzərindən destruktiv fəaliyyətlər həyata keçirməsi beynəlxalq səviyyədə də tənqid edilir. Bu xüsusda, növbəti açıqlama İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidən gəlib.
Fransa sülh prosesində vasitəçi kimi yer almaq haqqını itirib
Fransada 700 mindən çox erməni yaşayır. Bu amil də ölkənin siyasətində öz izlərini buraxır. Belə ki, Fransanın siyasətçiləri bir qayda olaraq karyera yüksəlişində erməni icmasının səsini qazanmağa böyük səy göstərirlər. “Əl əli yuyar, əl də qayıdıb üzü”, deyiblər. Fransa siyasətçiləri ənənəvi olaraq erməni lobbisindən gələn sifarişləri dövlət siyasəti səviyyəsinə yüksəldirlər və bunun müqabilində də həm yaxşı maliyyə, həm də seçkilərdə səs qazanırlar. Prezident Emmanuel Makronun və onun formalaşdırdığı komandanın üzvlərinin fəaliyyəti də bu baxımdan istisna deyil. Fransanın hazırkı hakimiyyətinin Cənubi Qafqaz ölkələrinə, konkret desək Azərbaycana və Ermənistana münasibəti tipik ikili standartlar nümunəsidir. Böyük Fransanın prezidenti E.Makron kiçik Ermənistan naminə ermənidən artıq ermənilik etməyi özünə şərəf sanır ki, bu da onun ölkəsi üçün rəzalətdən başqa bir şey deyil.
Fransanın Ermənistana açıq-aşkar havadarlıq etməsi 30 il həllini tapmayan keçmiş Dağlıq Qarabağ münaqişəsinin və 44 günlük müharibədən, 23 saatlıq antiterror tədbirlərindən sonra yaranan reallıqların fonunda daha qabarıq şəkildə nəzərə çarpır. Məlumdur ki, bu ölkə onilliklər ərzində Ermənistanın işğalşılıq siyasətinə görə yaranan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı artıq ömrünü bağışlayan ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri statusuna malik olub. Ancaq onun davaranışları uğurlu və obyektiv vasitəçi mövqeyindən çox uzaq idi. Danışıqlar prosesində Fransa daim anlaşılmaz, absurd yanaşmalar ortaya qoymaqla proseləri dalana istiqamətləndirib.
Fransanın pozuculuq fəaliyyəti postmüharibə mərhələsində daha qabarıq şəkildə nəzərə çarpır. Aydın şəkildə müşahidə edilir ki, E.Makron və onun siyasi sifarişi ilə hökumətin təmsilçiləri, parlament Azərbaycanla bütün körpüləri yandırmaq yolu tutub. Hələ müharimə günlərində E.Makron tez-tez Azərbaycan Prezidentinə telefon açaraq döyüşlərin dayandırılmasını istəyirdi. O unudurdu ki, Azərbaycan güclü dövlətdir və heç kimin diktəsi ilə oturub durmur. Postmüharibə dövründə isə Fransa hakimiyyəti Azərbaycanın qələbələrini - ərazi bütövlüyünü və suverenliyini təmin etməsini sinirə bilmir. Fransanın düz 5 dəfə BMT TŞ-də Azərbaycana qarşı qətnamələr qəbul edilməsi ilə bağlı məsələni gündəmə gətirməsi, son olaraq bu ölkənin Senatının 2024-cü il yanvarın 17-də növbəti dəfə respublikamızın əleyhinə qətnamə qəbul etməsi E.Makron iqtidarının qərəzçilinin açıq təzahürüdür.
Fransa postmüharibə mərhələsində də utanıb çəkinmədən Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçilik etmək istəyini ortaya qoyur. Ancaq birtərəfli qaydada Ermənistanın tərərfini saxlayan, burada revanşizmi alovlandıran, Azərbaycana münasibətdə qərəzçilik nümayiş etdirən bir ölkə hansı haqla vasitəçi ola bilər? Yeri gəlmişkən, məhz Fransanın manipulyasiyaları və qərəzçiliyi ucbatından Brüssel formatı iflasa uğrayıb. Son vaxtlarda isə Fransa məğlub Ermənistanın kapitulyasiyaya uğrayan ordusunu gücləndirməyə çalışır, bu ölkəyə hərbi texnika göndərir.
Nazir Stefan Sejurnenin əsassız iddiaları
Fransanın Cənubi Qafqazda sülhyaratma prosesinə yanaşmada xoş məramdan uzaq olan mövqedə dayandığı bu ölkənin Avropa və xarici işlər naziri Stefan Sejurnenin bu günlərdə səsləndirdiyi fikirlərdə bir daha təsdiqini tapıb. Onun aprelin 2-də Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir. Nazirin dilindən 30 il ərzində işğalçılıq siyasəti aparmaqla regionu təhdid altında saxlayan Ermənistanı sülhpərvər dövlət kimi təqdim etməsi bu ölkənin siyasətinin tamamilə saxta olmasından və çirkin, məqsədlərə xidmət etməsindən xəbər verir.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edib və bildirib ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır. Bu barədə İtaliyanın “Giornale Diplomatico” nəşri məlumat yayıb.
Fransalı nazirin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında səsləndirdiyi sözləri şərh edən E.Çirielli qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər. “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edən Azərbaycan məsuliyyətli mövqe tutur. Fransa Respublikasının xarici işlər naziri ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar, şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Fransanın naziri Sejurnenin sağlam düşüncəni rəhbər tutaraq regionda davamlı sülhə nail olmaq üçün irəliləyənlərin səylərini sarsıtmaması məqsədəuyğun və faydalı olardı”, - deyə Edmondo Çirielli vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

