Üçtərəfli görüş və mövqelər...
06.04.2024 [10:00]
Aİ ilə ABŞ yaranan situasiyadan istifadə etməyə çalışır, Ermənistan isə “prioritetlərini” sadalayır
Dünən Brüsseldə üçtərəfli ABŞ - Aİ - Ermənistan görüşü baş tutub. Qeyd edək ki, görüşöncəsi Ermənistan bununla bağlı xüsusi ajiotaj yaratmağa çalışır, bu görüşün sanki “xüsusi əhəmiyyət” daşıdığını önə çəkməyə çalışırdı. Azərbaycan dövləti burada müzakirə edilməsi nəzərdə tutulan məsələlərin Azərbaycanın və bütövlükdə regionun maraqlarına hədələndiyini öncədən önə sürmüşdü. Bunun nəticəsi idi ki, görüşdən əvvəl həm ABŞ Dövlət katibi Blinken, həm də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidentinə zəng vuraraq görüşlə bağlı məruzə etmişdilər və izahatlarını səsləndirmişdilər. Bu, Azərbaycan dövlətinin və Prezidentinin qlobal nüfuzundan xəbər verir.
ABŞ və Aİ Azərbaycanı əmin etmək istəyirdilər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib. Amma bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var. Dünən Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlunu qəbul edərkən ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçiriləcək üçtərəfli görüşə toxunaraq bildirib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd edib ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür.
Paşinyan yeni “çətir” axtarır - Ermənistan yardım dilənir
Görüş isə gözlənildiyi effekti vermədi - başqa sözlə desək, gözlənildiyindən dəfələrlə sönük keçdi. Verilən açıqlamalar isə yuxarı-aşağı elə də əhəmiyyətli olmadı. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalır. O qeyd edib ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyasına, ölkələrin suverenliyinə və yurisdiksiyasına, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların blokunun açılmasının tərəfdarıdır.
Paşinyan həmçinin deyib ki, Avropa İttifaqı (Aİ) və ABŞ-la iqtisadi əlaqələri, o cümlədən ticarət və vətəndaşların hərəkət azadlığını inkişaf etdirməyin vaxtıdır. “Biz Ermənistanda özəl sektorun yeni bazarlara çıxa bilməsi üçün rəqabət qabiliyyətini inkişaf etdirmək niyyətindəyik. İnvestisiya mühitini Avropa və ABŞ şirkətləri üçün daha cəlbedici etməyə hazırıq. Malların və xidmətlərin keyfiyyəti üçün infrastrukturun təkmilləşdirilməsi, Qərbin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi ilə bağlı yardımlar gözləyirik”, - deyə o bildirib.
Paşinyanın fikirləri onu göstərir ki, rəsmi İrəvan qarşıdakı dövr üçün Aİ-nin ayıracağı maliyyəyə ümid bəsləyir. Özünü post-Rusiya dövrünə kökləyən Ermənistanın sanki bu görüşdə əsas məqsədi məhz qarşı tərəfə “anonslar” vermək olub.
Aİ fürsət axtarırdı - verilən sözə niyə 6 ay sonra əməl edilir?
Təsadüfi deyil ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də paralel olaraq görüşdən qabaq məhz eyni tonda açıqlamalarla yadda qalıb. O bildirib ki, Avropa İttifaqı (Aİ) Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizədə göstərdiyi səyləri alqışlayır. Qeyd edib ki, Aİ 4 il ərzində Ermənistana 270 milyon avro məbləğində qrant ayıracaq. Fon der Lyayenin sözlərinə görə, Aİ Ermənistana ilk növbədə infrastruktur layihələrinə, xüsusilə Qara Dəniz Elektrik Kabel layihəsinə, eləcə də bərpa olunan enerji istehsalına sərmayə qoyacaq. “Bu gün biz ötən ilin oktyabrında Ermənistana verdiyimiz sözü yerinə yetiririk”, - deyə o vurğulayıb.
Əslində, bu kimi fikirlər aylardır ki, davam edən məsələlərin açıq şəkildə dilə gətirilməsidir - Ermənistanın KTMT-dən çıxma ilə bağlı cəhdləri, Rusiyanın bu ölkənin təhlükəsizliyinin təminatı ilə bağlı oynadığı roldan mərhələli şəkildə imtina istəyi sirr deyildi. Görünən budur ki, Aİ Ermənistanın bu istəyindən yaranan “fürsətdən” maksimum istifadə etmək, regionda özünün iqtisadi əsaslarını yaratmaq fikrindədir. Aİ-nin Ermənistandakı “mülki missiya” adı altında fəaliyyət göstərən dəstəsinin aydan-aya genişlənməsi, indiki halda isə invesitisiya və iqtisadi layihələrin önə çəkilməsi buna dəlalət edir. Məhz verdiyi sözə 6 aydan sonra əməl etməsi də Aİ-nin fürsət gözlədiyini deməyə əsas verir.
Müzakirə predmetlərinin buna istiqamətlənməsi Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin açıqlamalarında da öz təsdiqini tapır. O bildirib ki, Brüssel bütün ölçülərdə əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün Ermənistanla səyləri birləşdirməyi planlaşdırır. “Biz səylərimizi birləşdirmək istəyirik, məhz bu barədə xarici işlər naziri Ararat Mirzoyanla Aİ-Ermənistan tərəfdaşlığının səviyyəsini tərəfdaşlığımız çərçivəsində mümkün olan ən yüksək səviyyəyə qaldırmaq barədə razılığa gəldik. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu tərəfdaşlıq proqramını dəstəkləməyə dair Ermənistan üçün əhəmiyyətli bir tədbirlər paketi elan edib”, - o vurğulayıb.
J.Borrel, həmçinin qeyd edib ki, Aİ Ermənistanın suverenliyinə, demokratiya və möhkəmliyinə güclü sadiqliyini nümayiş etdirmək üçün amerikalı dostları ilə səyləri birləşdirməyə çalışır: “Ermənistan dayanıqlılığını yüksəldəcək islahatlar üzərində işləməyə davam etməlidir. Bu səylər hərtərəfli və genişləndirilmiş tərəfdaşlıqla bağlı sazişin bir hissəsi olacaq”. O bildirib ki, Ermənistanın daha güclü və daha sabit olması Cənubi Qafqaz üçün də əhəmiyyətlidir.
Əlbəttə ki, Borrelin mövqeyi, siyasi portreti hər kəs üçün bəllidir və onun ermənipərəst mövqedən çıxışı etməsi təəccüblə qarşılanmamalıdır. Onun mövzunu şişirdərək Ermənistanın güclü olmasını Cənubi Qafqaz üçün əhəmiyyət daşımasını bildirməsi sadəcə olaraq siyasi metaforadır - bu həm də, Aİ-nin özü üçün “tərəfdaş” saydığı İrəvanı önə çıxarmaq cəhdindən uzağa getmir.
ABŞ sabitlik axtarır - “hərbi pakt” məsələsi zamanla üzə çıxa bilər...
Görüşöncəsi ABŞ Dövlət katibi Blinkenin Qarbağı könüllü şəkildə tərk edən ermənilərin məsələsinə “toxunması” da diqqətdən yayınmayıb. Dövlət katibi bildirib ki, ABŞ Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirir. Qeyd edib ki, ABŞ Qarabağı tərk edən erməniləri də dəstəkləməyə davam edəcək: “Bu, Ermənistanın uzunmüddətli stabilliyi və çiçəklənməsi, eyni zamanda, regional sabitlik üçün vacibdir. Biz onların Ermənistan iqtisadiyyatına inteqrasiyasını dəstəkləyirik”.
Bu fikirlərdə bir sıra mühüm suallar yatır ki, ABŞ tərəfi yəqin ki, gələcək addımlarında buna “cavab” verəcək. Qarabağdan könüllü şəkildə Ermənistana gedən erməniləri hansı kontekstdə dəstəklədiyinə aydınlıq gətirməli olan Vaşinqton bununla yanaşı, həmin şəxslərin Ermənistan iqtisadiyyatına hansı formatda inteqrasiyasını dəstəkləməsi ilə bağlı da fikirlərinə açıqlıq verməlidir. Yəni, hələlik şifrəli şəkildə ortaya qoyulan bu mövqe bir neçə müstəvidə izah edilə bilər - o cümlədən, regional sabitliklə Ermənistanın uzunmüddətli satibilliyini paralelləşdirən Amerika xarici siyasət idarəsinin rəhbəri bəzi məsələləri unutmamalıdır. Regionun sabitliyi və stabil gələcəyi üçün Azərbaycan yeni siyasi reallıqlar formalaşdırıb. Məhz bu reallıqların fonunda əldə olunacaq sülh, ikitərəfli münasibətlərdə əldə olunacaq razılaşmalar ümumən bölgənin iqtisadi potensialının tam açılmasına, eləcədə davamlı sabitliyin yaranmasında əhəmiyyətli rola malik olacaq.
Görüşdə gözlənildiyi kimi “hərbi pakt” amilinin səsləndirilməməsinə gəldikdə isə, burada məsələ tamam fərqli müstəvidə də ola bilər. Belə ki, rəsmi açıqlamalardan başqa görüşdə məxfi komponentlərin olması istisna edilmir. Bu məsələlər də zaman keçdikcə bəlli olacaq...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

