Brüssel görüşünün sərhəddəki “əks-sədası”
07.04.2024 [10:00]
Ermənistanın sutka ərzində ordumuzun mövqelərini 30 dəfə atəşə tutması bu görüşün “nəticəsi”dir
Son günlər Ermənistan Azərbaycanla şərti dövlət sərhədində hərbi təxribatlarını artırır. Aprelin 5-də isə Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri, ümumilikdə, 30 dəfə atəşə tutulub. Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. “Ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri, ümumilikdə, 30 dəfə atəşə tutulub”,-deyə məlumatda bildirilib.
Bundan əlavə, həmin gün saat 15:10-dan 17:35- dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Nəzərə alaq ki, erməni tərəfinin bu hərbi təxribatı aprelin 5-də Brüsseldə ABŞ-Ermənistan-Avropa İttifaqının üçtərəfli görüşünün keçirildiyi gündə baş verib. Əlbəttə ki, bu, təsadüfi deyil, Brüssel görüşünün şərti sərhəddə “əks-sədasıdır”. Beləliklə, sözügedən üçlü görüşün Cənubi Qafqazda gərginliyin yaradılmasına səbəb olması ilə bağlı Azərbaycanın narahatlığı öz təsdiqini tapır. Aprelin 5-də sutka ərzində erməni tərəfinin şərti sərhəddə ordumuzun mövqelərini 30 dəfə atəşə tutması bu baxımdan, əlavə şərhlərə ehtiyac yaratmır. Yəni fakt göz qabağındadır.
Azərbaycan regionda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərsə də, erməni tərəfi bu davranışları ilə sülhə maraqlı olmadığını nümayiş etdirir. Əslində, Brüssel görüşünün fonunda bu təxribatların törədilməsi gözlənilən idi. Deyəsən, ABŞ və Avropa İttifaqının Ermənistana dəstək bəyanatları Paşinyan hakimiyyətini bir qədər “cəsarətləndirib”. Bu səbəbdən hələ sözügedən görüşdən bir neçə gün öncədən Ermənistan şərti sərhədə ağır texnika və canlı qüvvə toplamağa başlamışdı. Lakin onlar heç kimə güvənməməlidir. Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfə belə bir xəbərdarlıq etmişdi: “Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir. Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcək”.
Ermənistan 2020-ci ildən etibarən baş verən hadisələri, təxribatlar törətdikdən sonra başına gələnləri unutmamalıdır. Yəni, həmin təcrübələr qarşı tərəf üçün dərs olmalıdır. Yeri gəlmişkən, Müdafiə Nazirliyi ordu birləşmələrinin təlimlərini davam etdirir. Nazirlik aprelin 6-da komandoların təlimina dair video-görüntü paylaşıb və bəyan edib ki, bu hərbi birləşmənin döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır.
Bundan əlavə, Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti komanda-qərargah təlimi keçirilib. Komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılması ilə başlayıb. Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində üst komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanılaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun tapşırıqlar icra olunub.
Komanda-qərargah təliminə cəlb olunan tank, artilleriya, hava hücumundan müdafiə və xüsusi təyinatlı bölmələr verilmiş tapşırıqların öhdəsindən uğurla gələrək ümumqoşun bölmələrinin qarşısında dayanan tapşırıqların icrasına əlverişli şərait yaradıblar. Təlimin gedişində xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində, çətin keçidli dağ və qayalıq ərazilərdə müxtəlif kəşfiyyat tapşırıqları, o cümlədən şərti düşmənin vacib obyektlərinə basqın tapşırıqları yerinə yetirilib.
Təlimin ikinci mərhələsi qərargahlar tərəfindən qəbul edilən qərarların real ərazidə icra olunma mümkünlüyünü, komandirlərin döyüş meydanında tabelikdə olan bölmələrini idarəetmə bacarıqlarını, atəş-dəstək vasitələrinin səmərəli istifadəsini və hərtərəfli təminatın döyüşün bütün mərhələlərində təşkilini praktiki görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib.
Yekunda əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib və müxtəlif qoşun növü birləşmələrinin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Ordusunun döyüş hazırlığı ən yüksək səviyyədədir. Bununla belə, dövlətimiz tezliklə sülh sazişinin imzalanmasının tərəfdarıdır. Lakin Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Ona görə də, rəsmi İrəvan Qərbdəki havadarlarına güvənməməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59

