Onlayn alış-veriş...
10.05.2024 [11:08]
Nələrə diqqət etməliyik?
Günümüzdə onlayn alış-veriş edənlərin sayı durmadan artır. İstər geyim, istərsə də digər sektorlarda mağazaya getmədən bank kartları ilə istədikləri məhsulu ala bilmək əslində çoxları üçün böyük bir fürsətdir. Belə ki, onlayn alış-veriş rahatdır, asan ödəniş etmək, vaxta qənaət etmək, qiymət müqayisəsi aparmaq, endirim və kampaniyalardan yararlanmaq baxımından bir çox üstünlükləri var.
Amma qeyd etməliyik ki, onlayn ticarət zamanı bir sıra problemlərin yaşanması da qaçılmazdır. Belə ki, məhsulun səhv göndərilməsi, geri qaytarılmasının çətin olması, ödəniş zamanı oğurluq ehtimalı kimi bir çox problem yaranır. Buna görə, bəzi insanların onlayn alış-verişə münasibəti birmənalı deyil. Mütəxəssislər onlayn ticarət zamanı yalnız etibar edilən saytlardan istifadə etməyi məsləhət görürlər.
Elektron ticarət nə zaman ortaya çıxıb?
Məlumat üçün bildirək ki, onlayn ticarət sisteminin ilkin forması 1960-cı ildə ABŞ-da ortaya çıxıb. Həmin tarixdə “American Airlines” və IBM şirkətləri aviabiletlərin satışını avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçiriblər. Bu elektron ticarət sistemi ilə bağlı ilk təcrübə hesab edilir. Ancaq müasir elektron ticarət sistemi internetin geniş şəkildə tətbiqindən sonra, yəni ötən əsrin 90-cı illərindən başlayaraq sürətlə inkişaf etməyə başlayıb.
Azərbaycanda isə “Elektron ticarət haqqında” qanun 2005-ci ildə qəbul olunub. Lakin 2008-ci ilə kimi ölkədə internet üzərindən ödəmə sistemi, yəni onlayn ödəniş mümkün olmadığı üçün elektron ticarət tətbiq edilməyib. İlk dəfə 2008-ci il dekabr ayının 2-də “SilverKey Azərbaycan” şirkəti “GoldenPay” adlı onlayn ödəmə sistemi qurub. Məhz bu tarixdən sonra ölkəmizdə elektron ticarətin tətbiqinə başlanıb.
Onlayn alış-veriş ucuz deyil...
Marketoloq Müşfiq Əmirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, onlayn alış-veriş edənlər ilk olaraq məhsulun qiymətinə baxmalıdırlar: “Bəzi məhsullar fiziki mağazalarda daha uyğun qiymətə olur. Bəzən də onlayn mağazalarda daha uyğun qiymətə olur. Bir çox alıcılar düşünür ki, onlayn alış-veriş daha ucuzdur. Əslində belə bir şey yoxdur. Sadəcə onlayn alış-verişin üstünlüyü ondan ibarətdir ki, sizin vaxtınıza qənaət edir, bir də istədiyiniz məhsulu asanlıqla tapa bilirsiniz. Bunun da pul qarşılığında dəyərini fikirləşsək, onlayn mağazaların fiziki mağazalardan üstünlüyü çoxdur. Amma bu, o demək deyil ki, fiziki mağazalardan olan alış-veriş onlayndan bahadır. Bir çox hallarda görürük ki, fiziki mağazalarda endirim olduqda çoxları ondan xəbər tuta bilmir, onların internetə çıxışları olmur. Ona görə də bu halların hamısını nəzərə alıb istehlakçılar araşdırma edib ən uyğun qiymət və keyfiyyət hardadırsa, oradan alış-veriş etməlidir”.
Marketinq, yoxsa “yalançı” endirimlər?
Bir çox mağazalarda olduğu kimi bəzi internet ticarət platformalarında da böyük kampaniyalar, şok endirimlər görürük. İddia edilir ki, bu qiymətlər əvvəlcədən müəyyən qədər artırılır, daha sonra isə əsasən “Black Friday”, yəni “Qara cümə” kimi kütləvi endirim kampaniyaları yaxınlaşan günlərdə endirilir. Maraqlıdır, həqiqətən bu kampaniyaların böyük bir qismi sünidir?
Marketoloqun sözlərinə görə, “şok endirim” adı altında əvvəlki qiymətindən daha yüksək məbləğdə məhsullar satılır, yalançı endirimlər olur: “Bunu edənlər “marketinq” adlandırırlar, əslində isə bu, müştəriləri aldatmaqdır. Onlayn saytların qiymət dəyişikliyi qrafikini izləyən saytlar var. Onlar məhsulun qiymətini izləyirlər. Məsələn, bilirlər ki, məhsulun qiyməti bir gün əvvəl neçə olub. İstehlakçılar məhsulu almamışdan əvvəl mütləq qiymət qarşılaşdırma saytlarına baxsınlar. Onlar göstərirlər ən ucuz qiymət haradadır və məhsulun qiyməti daha öncə neçə olub”.
Rəqibdən geri qalma...
Marketoloq endirimlərin bəzən həqiqət, bəzən isə rəqibdən geri qalmamağa hesablandığını vurğulayıb. Mütəxəssisin sözlərinə görə, bir çox mağazalar kampaniya adı ilə ya əvvəlki, ya da əvvəlkindən də artıq qiymətlə məhsulu satışa qoyur: “Bəzi mağazalar satılmayan məhsulları satmaq üçün həqiqətən də endirim edirlər, bəziləri isə rəqiblərindən geri qalmamaq üçün dünənə qədər 50 manata satdığı məhsulun qiymətini bu gün 60 manata qaldırıb sonra yenidən 50 manata endirimə qoyur”
Ölçü və rəngdə yaranan problemlər...
Onlayn alış-verişdə tənqid edilən digər xüsusiyyət istehlakçılara çatdırılan məhsulun rəngində, ölçüsündə, hansısa xüsusiyyətində yaranan problemlərin olmasıdır.
M.Əmirov qeyd edib ki, alınan məhsulun rənginin, ölçüsünün səhv göndərilməsi çox az ehtimaldır, bu, 1 faizin altında baş verən hadisədir. Bu zaman müxtəlif yollar var, məsələn satıcılar kompensasiya edirlər və ya dəyişiklik edirlər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30

