İyulun 1-dən ...
29.06.2024 [10:45]
Dövlət qiymətləri tənzimləyəcək?
Məlum olduğu kimi, bir neçə gün sonra - iyulun 1-dən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar isə kifayət qədər ciddidir. Ona görə də çox güman ki, bu vaxtadək fəaliyyət göstərən 45-50 min taksi sürücüsünün heç də hamısı yeni tələbləri qarşılaya bilməyəcək.
Qeyd edək ki, paytaxtda taksi qiymətlərində bahalaşma artıq bir neçə müddətdir ki, müşahidə olunur. Bəzi taksi şirkətləri sui-istifadə hallarına yol verirlər. Belə ki, sakinlərin bildirdiyinə görə, əvvəllər 4-5 manata getdikləri yol üçün indi 9-10 manat ödəməli olurlar. Halbuki hər kəs qiymət artımını iyulun 1-dən gözləyirdi.
Maraqlıdır, iyulun 1-dən sonra taksi qiymətlərinin tənzimlənməsi necə həyata keçiriləcək. Bu məsələdə dövlətin hansısa tənzimləmə mexanizmi tətbiq oluna bilərmi?
Sualımızı cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, taksi fəaliyyəti özəl xidmət sektoru olduğuna görə, bu günə qədər dövlət qiymətlərin müəyyənləşdirilməsi üçün taksi şirkətlərinə müdaxilə etməyib. E.Muradlı qeyd edib ki, zərurət yarandığı zaman dövlət tərəfindən sadəcə tövsiyə xarakterli addımlar atılıb: “Məsələn, ötən il buna bənzər hal yaşandı, taksi fəaliyyətində təkmilləşmənin ilk mərhələsində müxtəlif dövlət qurumları tərəfindən taksi şirkətlərinə tövsiyələr edilmişdi. Bununla da minimal qiymətlər müəyyənləşdirildi. Taksi sürücüləri çox narazı və narahat idilər ki, 70-80 qəpiyə gedişlər edirdilər, bu isə təbii olaraq onlara sərf etmirdi. Beləliklə, minimal məsafə üçün qiymət 2 manat 50 qəpik olaraq müəyyənləşdirildi. Bundan sonra isə şirkətlər özləri artıq maksimal qiyməti məsafəyə uyğun müəyyənləşdirməli idilər”.
Yeni qərar müsbət tendensiya yaradacaq
Ekspert qeyd edib ki, ölkəmizdə hansısa xarici şirkətin yox, dövlətin qoyduğu qayda-qanunlara riayət edilməlidir: “Dövlət tərəfindən taksi fəaliyyəti ilə bağlı digər məsələlər tənzimlənir. Məsələn, artıq yeni qaydalara əsasən narkoman taksi sürücüləri, qanunsuz fəaliyyət göstərmək istəyənlər kənarda qalacaqlar. Nazirlər Kabinetinin yeni qərarında heç bir problem yoxdur, əksinə bu qərar taksi fəaliyyətində müsbət tendensiya yaradacaq. Sürücülərdən sadəcə qanuni formada fəaliyyət göstərmələri tələb olunur. Qanunlara əməl etmək lazımdır, amma bəzi sürücülər yenə də köhnə maşınla taksi sürücüsü işləmək istəyirlər, lazım olan sənədi əldə etməkdən boyun qaçırırlar”.
Dövlətin qiymət tənzimləmə mexanizmi olacaq...
Ekspert taksi qiymətləri ilə bağlı dövlət tənzimlənməsinin olacağını düşünür: “Hazırda Bakıda 60-70 min taksi sürücüsü mövcuddur. İyulun 1-dən sonra yeni qaydalara kifayət qədər ciddi əməl olunduğuna şahid olacağıq. Cəmi 7 min sürücünün AYNA-dan icazə vərəqəsi aldığı bildirilib. Həmin sürücülər qanuni fəaliyyət göstərəcəklər, amma bu, kifayət qədər aşağı göstəricidi. Sürücülərin çoxu düşünür ki, dövlət humanistlik göstərəcək və fəaliyyətlərinə icazə veriləcək, ona görə də tələb olunan sənədləri almırlar. Lakin belə bir şey olmayacaq. Taksi fəaliyyətindəki xaotik durumu aradan qaldırmaq üçün çəkilən bu qədər əziyyətdən sonra həmin sürücülərə güzəşt etmək təlim keçib sertifikat alan sürücülərə haqsızlıqdır. Ona görə də dövlət taksi fəaliyyətində istər qiymət tənzimlənməsi, istərsə də digər məsələlərlə bağlı ciddi nəzarət mexanizmi tətbiq edəcək. Bir sözlə, iyulun 1-dən yeni qaydalara ciddi əməl olunacaq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

