Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AQTA: İctimai iaşə obyektlərində qida tullantılarına dair tələblərə əməl olunmalıdır!

AQTA: İctimai iaşə obyektlərində qida tullantılarına dair tələblərə əməl olunmalıdır!

16.09.2024 [12:16]

İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl olunmalı, o cümlədən qida tullantılarına dair tələblər yerinə yetirilməlidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yeniazerbaycan.com-a daxil olan açıqlamada bildirilib ki, ictimai iaşə obyektlərində iş prosesi zamanı əmələ gələn tullantılar (qida tullantıları) ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanmalı və kənarlaşdırılmalıdır.

Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda qablarda qalan tullantılar boşaldılaraq təmizlənməli və dezinfeksiya edilməlidir. Qida tullantıları gigiyena və ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmaq şərtilə kənarlaşdırılmalı, birbaşa və ya dolayı yolla çirklənmə mənbəyi olmasının qarşısı alınmalıdır. Çirklənmənin qarşısının alınması üçün qida məhsullarının daşınması və tullantıların kənarlaşdırılması eyni zamanda həyata keçirilməməlidir.

Həmin qaydalara əməl olunmadıqda bir sıra təhlükəli hallar meydana çıxır ki, bu da kütləvi zəhərlənmələrə və insanın həyat və sağlamlığı üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31