Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

24.09.2024 [11:43]

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə sentyabrın 28-29-da Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

ADY-dən AZƏRTAC-a bildirilib ki, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafikə görə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərlər.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.

Paylaş:
Baxılıb: 440 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31