Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / DİN: Ötən gün 85 cinayətin üstü açılıb

DİN: Ötən gün 85 cinayətin üstü açılıb

27.09.2024 [10:23]

Sentyabrın 26-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 195, o cümlədən borclu şəxs qismində axtarışda olan 149 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 43 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31