Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

08.10.2024 [19:32]

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Yevlax rayonunun və Mingəçevir şəhərinin sakinləri ilə görüş zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda oktyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Paylaş:
Baxılıb: 469 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31