Mingəçevir şəhər 17 nömrəli məktəbin əsaslı təmirdən sonra açılışı olub
10.10.2024 [20:36]
Oktyabrın 10-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Mingəçevir şəhərində olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər zamanı Mərkəzi Aran Regional Təhsil İdarəsi, Mingəçevir təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin gənc müəllimləri ilə görüş keçirilib. Görüşdə Mətin Kərimli regionda fəaliyyət göstərən müəllimlərin zəhmətini yüksək dəyərləndirib, şagirdlərin ideoloji maarifləndirilməsinə xüsusi diqqət ayrılmasının önəmindən danışıb. Aparat rəhbəri Zəfər tariximizin yaşadılması və gənc nəslə ötürülməsi istiqamətində müəllimlərin mühüm rola malik olduqlarını diqqətə çatdırıb.
Görüş zamanı şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı, həmçinin region təhsilinin inkişafı kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Mətin Kərimli Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimində də iştirak edib. Tədbirdə çıxış edən Mətin Kərimli Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunan məktəbdə şagirdlərin yüksəkkeyfiyyətli təhsil alması üçün lazımi şərait yaradıldığını bildirib. O, eyni zamanda, şagirdlərin yaxşı təhsil almasında müəllim və valideyn rolunun vacibliyinə toxunub.
Ümumilikdə 1176 şagird üçün nəzərdə tutulan məktəbdə 57 sinif otağı, 2 informatika kabineti, 2 idman zalı, 1 akt zalı var. Hazırda orada 543 şagird təhsil alır. Məktəbdə müəllimlərin sayı 48, texniki işçilərin sayı 20 nəfərdir.
Bundan başqa, məktəbin müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğur qazanmış şagirdləri ilə də görüş keçirilib.
Səfər çərçivəsində Mətin Kərimli, həmçinin Mingəçevir Dövlət Universitetinə gedərək ali təhsil müəssisəsinin yeni kampusunun tikinti işləri, eləcə də universitetdə mövcud tədris şəraiti ilə tanış olub.
Tədris prosesini izləyən Mətin Kərimli tələbələrə gələcəkdə yüksəkixtisaslı mütəxəssis kimi formalaşmaq üçün tövsiyələrini verib. O, əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqların qazanılmasının önəmini vurğulayıb.
Universitetin pedaqoji heyəti ilə keçirilən görüşdə sözügedən ali təhsil müəssisəsinin regionun inkişafında mühüm rol oynadığı və bu təhsil ocağının yüksəkixtisaslı kadrların hazırlanması, elmi potensialın gücləndirilməsinə verdiyi töhfələr xüsusilə vurğulanıb. Mətin Kərimli təhsilin davamlı inkişafı və tələbələrin dünya standartlarına uyğun mütəxəssislər kimi yetişməsi üçün fikirlərini bölüşüb.
Səfər çərçivəsində Mətin Kərimli, həmçinin vətəndaşları qəbul edib, müraciətlərin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxAnalitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39

