Malayziyada Azərbaycanın diaspor siyasəti və uğurları haqqında məlumat verilib
12.10.2024 [22:47]
Malayziyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin milli birlik nazirinin müavini xanım senator Sarasvati Kandasami ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, nazir müavini bu səfəri iki ölkə arasında münasibətlərin artan xətt üzrə inkişafının göstəricisi kimi qiymətləndirib, Malayziya Birlik Nazirliyinin tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Fuad Muradov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyəti, xaricdə yaşayan soydaşlarımızın milli kimliklərini unutmaması üçün həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Malayziya Tərcümə və Kitab İnstitutunda (Malaysian Institute of Translation & Books) keçirilən görüşdə qurumun rəhbəri Nur Amin Əhməd Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Malayziyadakı səfirliyi ilə sıx əməkdaşlıqdan məmnun olduğunu bildirib. Bu günlərdə çapdan çıxan və Azərbaycan ədiblərinin əsərlərindən ibarət olan “Ürəkdə yazı” adlı kitabı üçtərəfli əməkdaşlığın səmərəli nəticəsi adlandırıb.
Komitənin fəaliyyət istiqamətlərindən birinin də Azərbaycana dost xalqlarla münasibətlərin inkişafı olduğunu deyən sədr il ərzində müxtəlif dillərdə kitabların çapını dəstəklədiklərini söyləyib.
Bundan başqa, Türkiyənin Malayziyadakı səfiri Əmir Salim Yüksəl və Yunus Əmrə İnstitutunun Malayziyadakı nümayəndəliyinin rəhbəri Ömər Altunla da görüşlər keçirilib.
Səfər çərçivəsində Komitə sədri Malayziyanın Dövlət Teleradiosuna və Cənub-Şərqi Asiya regionunun nüfuzlu “Awani Global” televiziyasına müsahibə verib. Azərbaycan-Malayziya münasibətlərinin hazırkı səviyyəsi və inkişaf perspektivləri, COP29, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, Qarabağ münaqişəsi, rəsmi Bakının Cənubi Qafqazda sülh və təhlükəsizlik naminə planlarından bəhs edib.
Daha bir görüş Malaya Universitetinin və Putra Malaya Universitetinin professor və müəllim heyəti ilə olub, Azərbaycan haqqında təqdimatlar edilib. Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 30 illik işğaldan Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində azad olunması, rəsmi Bakının sülh gündəliyi professor və müəllim heyətinin diqqətini çəkib. Malaya Universitetinin professoru Roy Antoni Rocers Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etdiyini, ermənilər tərəfindən dağıdılmış məscidləri və tarixi-mədəni abidələri öz gözləri ilə gördüyünü bildirib.
Növbəti görüşlər Selanqor Xalq Kitabxanası Korporasiyasında və Malayziya Milli Kitabxanasında olub. Xalqları yaxınlaşdırmağın ən sınanmış yolunun mədəniyyət olduğu, Azərbaycan-Malayziya münasibətlərinin inkişaf etdirilməsində kitab mübadiləsinin və kitabxanalararası əməkdaşlığın da öz payı olduğu vurğulanıb, bu səbəbdən Komitənin hər il müxtəlif dillərdə onlarla kitabın çapına dəstək olduğu qeyd edilib.
Görüşlərin sonunda universitetlərə və kitabxanalara Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunmuş Azərbaycan haqqında kitablar hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

