Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qubada bir gündə 10 mindən çox ağac əkildi

Qubada bir gündə 10 mindən çox ağac əkildi

18.10.2024 [15:01]

Quba rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasında bir gündə 10 mindən çox ağac əkilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Quba-Xaçmaz yolunun Quba rayonu ərazisindən keçən hissəsinin kənarlarında yerli iqlim şəraitinə uyğun ağac tingləri əkilib.

Aksiyada Quba Rayon İcra Hakimiyyətinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, Vətən müharibəsi iştirakçıları, könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, yol kənarlarını alaq otlarından, daşlardan təmizləyib, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31