COP29-a hazırlıq üzrə iaşə obyektlərinin işçiləri üçün keçirilən təlimlər yekunlaşıb
01.11.2024 [23:41]
Dövlət Turizm Agentliyi və tabeliyindəki Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə turizm sənayesinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı çərçivəsində hotel restoranları və digər ictimai iaşə obyektlərinin əməkdaşları üçün keçirilən təlimlər başa çatıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 30 gün davam edən təlimlərdə həm sərbəst, həm də hotellərin tərkibində fəaliyyət göstərən 220 ictimai iaşə müəssisəsindən ümumilikdə 500-dən çox sənaye üzvü iştirak edib.
Təlimlərdə, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi və müvafiq qanunvericilik haqqında məlumat verilib.
Qeyd edək ki, təlimi keçən 12 yerli təlimçiyə Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) beynəlxalq ekspertləri tərəfindən 8 gün ərzində “Təlimçilərin təlimi” proqramı tədris olunub.
Təlimlər nəzəri və praktiki hissələrdən ibarət olub və qida təhlükəsizliyi, milli və beynəlxalq menyular, veqan/vegeterian paketlərinin gündəlik menyuya daxil edilməsi texnikası, mətbəxlərdə karbon emissiyasının azaldılması, qida iaşə fəaliyyətlərində ekoloji dayanıqlılığın təmini, müştəri məmnuniyyətinin təkmilləşdirilməsi və mətbəx xidməti kimi mövzuları əhatə edib.
Yerli təlimçilər birinci mərhələni uğurla tamamladıqdan sonra imtahan verərək ikinci mərhələdə iştirak etmək şansı əldə ediblər. Daha sonra sənaye subyektlərinin administrativ və mətbəx personalına təlimlərə başlayıblar.
Layihənin əsas məqsədi COP29 zamanı və ondan sonrakı dövrdə sənaye subyektlərinin qeyd olunan mövzular üzrə beynəlxalq standartlar əsasında hazırlanmasına dəstək verməkdir.
Xəbər lenti
Hamısına baxSosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35

