Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / DYP Bakı-Şamaxı yolunda mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

DYP Bakı-Şamaxı yolunda mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

10.12.2024 [20:24]

Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan və Şamaxı rayonları ərazisindən keçən hissəsində qatı duman müşahidə edilir ki, bu da sürücülər üçün ciddi maneə yaratmaqla yanaşı, qəza riskini də artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin Bakı-Şamaxı yolunda mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciətində bildirilib.

“Yolda məhdudiyyətli görünmə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər”, - məlumatda deyilir.

Baş Dövlət Yol Polisi İdarəsi hazırda sözügedən istiqamət üzrə DYP Alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparıldığını bildirir, gecə və səhər saatlarında məhdudiyyətli görünmə məsafəsinin daha da artacağı ehtimalını nəzərə alaraq bir daha sürücülərdən ehtiyatlı olmalarını xahiş edir.

Paylaş:
Baxılıb: 438 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31