Təhsil silahdan güclüdür
09.09.2025 [08:35]
Məktəblər hədəf olmamalıdır!
Təhsil yalnız bilik deyil, həm də azadlığın, gələcəyin və insan ləyaqətinin təminatıdır. Amma dünya tarixində çox vaxt bu hüquq müharibə, zorakılıq və siyasi ixtilaflar nəticəsində tapdanıb. Dünya üzrə milyonlarla uşaq zorakı münaqişələr səbəbindən məktəbə gedə bilmir, təhsildən məhrum qalır. Bu isə yalnız onların gələcəyini məhv etmir, həm də bütün cəmiyyətlərin tərəqqisini ləngidir. Təhsil olmadan inkişaf, bərabərlik və sabitlik mümkün deyil. Halbuki hər bir uşaq, hər bir gənc bərabər şəkildə təhsil almaq hüququna malikdir.
Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü məhz bu səbəbdən təsis olunub. Xatırladaq ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 2020-ci il mayın 28-də qəbul etdiyi 74/275 saylı qətnaməyə uyğun olaraq təsis edilib. Həmin qətnaməni Qətər Dövləti təqdim edib və 62 ölkə tərəfindən dəstəklənib.
Bu günün mesajı aydındır: təhsil təhlükəsiz olmalıdır, hər bir məktəb sığınacaq olmalıdır, hər bir müəllim və şagird qorunmalıdır. Dövlətlər, beynəlxalq təşkilatlar və ictimaiyyət birlikdə çalışmalıdır ki, təhsil hər yerdə, hər zaman müdafiə olunsun. Məktəblər, universitetlər, kitabxanalar - müharibənin, terrorun və zorakılığın hədəfi deyil, bilik və inkişaf mərkəzi olmalıdır.
BMT-nin məlumatlarına görə, 2023-cü ilin sonuna qədər dünyada 47.2 milyon uşaq müharibə və zorakılıq səbəbindən evlərini tərk edib və təhsildən məhrum qalıb. Dünyanın müxtəlif bölgələrində uşaqların təhsildən yayınma halları fərqli səviyyələrdədir. Məsələn, Sudan, Qəzza, Nigeriya, Əfqanıstan və Suriya kimi ölkələrdə müharibə və zorakılıq səbəbindən milyonlarla uşaq məktəbə gedə bilmir. Bu, yalnız onların gələcəyini deyil, həm də cəmiyyətlərin inkişafını təhlükə altına alır.
Ölkəmizdə də zaman-zaman təhsil münaqişələrin mənfi təsirinə məruz qalıb. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olundu. Bir milyona yaxın vətəndaşımız öz doğma torpaqlarından didərgin düşdü. Lakin dövlətimiz məcburi köçkünlər üçün salınan qəsəbələrdə məktəblər də inşa etdi. Ötən dövr ərzində məcburi köçkün uşaqları doğma torpaqlarından kənarda olsalar da, təhsillərini yüksək səviyyədə davam etdirdilər. Köçkün məktəblərini bitirən gənclərimiz ölkəmizdə və xaricdə ali təhsil alaraq respublikamızın inkişafına töhfə verirlər.
Xatırladaq ki, 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Eləcə də 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan görüb, Ağdam rayonunun Sarıcalı kəndində 220 şagirdin təhsil aldığı orta məktəb məhv edilib.
İkinci Qarabağ müharibəsi də təhsilimizə təsirsiz ötüşmədi. Bu müharibə 10 şagirdin həyatına son qoydu, 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Məktəb infrastrukturuna ciddi ziyan dəydi - 60 məktəb binası dağıntılara məruz qaldı. Cəbhə xəttindən xeyli uzaqda yerləşən mülki obyektlərin raket atəşinə tutulması tədrisin davam etdirilməsini mümkünsüz etdi. Düşmənin mülki əhaliyə hücumları nəzərə alınaraq ölkə ərazisində 1221 məktəbin fəaliyyəti dayandırıldı.
Müharibədə Qələbə qazanan Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri həyata keçirir. Bu ərazilərdə müasir standartlara cavab verən təhsil infrastrukturu da qurulur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ilində də Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı, Füzuli şəhərlərində, Laçın rayonunun Zabux kəndində təhsil müəssisələrinin tikintisi ilə bağlı müvafiq işlər görülür.
Təhsildən yayınmanın qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq, humanitar dəstək və təhsil infrastrukturunun gücləndirilməsi vacibdir. Eyni zamanda, münaqişə bölgələrində təhsil müəssisələrinin qorunması və uşaqların təhlükəsiz təhsil alması üçün beynəlxalq hüquq və standartlara riayət olunmalıdır. Çünki təhsil yalnız bilik deyil, həm də gələcəyin təminatıdır. Uşaqların təhsildən məhrum olması, yalnız onların deyil, bütün cəmiyyətin inkişafını ləngidir. Bu səbəbdən, təhsilin qorunması və inkişafı hər birimizin məsuliyyətidir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56

