Görünməz qalxan...
16.09.2025 [08:36]
Gələcəyimizi qoruyan təbəqə
Günəş həyat mənbəyidir. Gözlərimizi səmaya qaldıranda mavi səmanı görürük, bəzən ağ buludları, bəzən də günəşin parıltısını. Bəs bu gözəllikləri görmək, rahat nəfəs almaq, yaşamaq üçün bizi nələr qoruyur? Yer kürəsinin üstündə gözlə görünməyən, lakin hər canlının həyatını qoruyan bir qalxan var. Bu, ozon qatıdır.
Ozon qatı atmosferin yuxarı təbəqəsində yerləşən nazik, lakin güclü bir müdafiə xəttidir. Onun ən əsas vəzifəsi Günəşdən gələn zərərli ultrabənövşəyi (UV) şüaların qarşısını almaqdır. Bu şüalar birbaşa yer səthinə düşsəydi, həyat dediyimiz anlayış bu qədər rəngarəng, bu qədər davamlı olmazdı. UV şüaları insanlarda dəri xərçəngi, göz xəstəlikləri, immun sisteminin zəifləməsi kimi ağır nəticələrə səbəb ola bilər. Bitkilər məhv olar, dənizlərin dibindəki həyat zənciri pozular, qida təhlükəsizliyi ciddi risk altına düşərdi. Bir sözlə, bu “qalxan” bizi hər gün səssiz-sədasız qoruyur.
“Elmdən qlobal fəaliyyətə”
1994-cü ildə BMT Baş Assambleyasının Qətnaməsi ilə sentyabrın 16-sı Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü elan edilib. Həmin təqvim günü ozon təbəqəsini məhv edən maddələrlə bağlı Monreal Protokolunun (1987) imzalandığı tarixə əsasən təsis edilib və 1995-ci ildən qeyd olunur. Belə ki, 1987-ci il sentyabrın 16-da 36 ölkə sənəd imzalayaraq ozon təbəqəsini parçalayan maddələrin istehsalını məhdudlaşdırmaq və tamamilə dayandırmaq barədə öhdəlik götürüb. Bu günün məqsədi Monreal Protokolunda və ona düzəlişlərdə müəyyən edilmiş məqsədlərə uyğun olaraq fəaliyyətlərin təşviqidir. Hazırda həmin protokolu 127 ölkə imzalayıb. Hər il bu əlamətdar gün ozon təbəqəsinin mühafizəsi ilə bağlı konkret mövzuya həsr olunur. 2025-ci ilin mövzusu isə “Elmdən qlobal fəaliyyətə”dir.
Ötən əsrin 80-ci illərində elm adamları Antarktika bölgəsində ozonun ümumi tərkibinin 2 dəfə azaldığını kəşf etmişdilər. Məhz o zaman ozon dəliyi barədə məlumatlar ortaya çıxdı. Bu dəlik sadəcə atmosferdəki boşluq deyil, insan səhlənkarlığının, istehlak hərisliyinin, təbiətə qarşı saymazlığın rəmzidir. Ozon dəliyi artdıqca, Günəşin zərərli şüaları daha çox yer səthinə çatır. Nəticədə dəri xərçəngi halları artır, göz xəstəlikləri çoxalır, dəniz ekosistemləri pozulur, kənd təsərrüfatı zəifləyir. Bir sözlə, Günəş artıq həyat mənbəyi olmaqdan çıxır, təhlükəyə çevrilir.
Mühüm protokol...
Ozon təbəqəsinə fabrik və sənaye müəssisələrinin məhsulu olan xlor oksidi mənfi təsir göstərir. Buna görə də ozon təbəqəsini parçalayan maddələrin tənzimlənən istifadəsinin mərhələli şəkildə dayandırılması və nəticədə belə istifadənin azaldılması ozon təbəqəsinin indiki və gələcək nəsillərin rifahı naminə qorunmasına töhfə verməklə yanaşı, həm də iqlim dəyişikliyinin qarşısını almaqda faydalıdır. Beləliklə, Monreal Protokolunun həyata keçirilməsi soyuducularda, kondisionerlərdə və digər istehlak mallarında ozonu məhv edən kimyəvi maddələrin 99 faizinin mərhələli şəkildə dayandırılmasına səbəb oldu.
Ozon təbəqəsinin qorunması səyləri də iqlim dəyişikliyi ilə mübarizə səylərinə öz töhfəsini verib. Belə ki, ekspertlərin fikrincə, həyata keçirilən tədbirlər sayəsində 1990-cı ildən 2010-cu ilədək atmosferə 135 milyard ton karbon qazının atılmasının qarşısı alınıb.
Beləliklə, Monreal Protokolu vasitəsilə Yer kürəsinin zərərli ultrabənövşəyi radiasiyaya məruz qalmasını azaltmaqla insan sağlamlığı və ekosistemlər qorunur. Eyni zamanda, ozon təbəqəsini məhv edən maddələrin qeyri-qanuni mənbələri meydana gəldikdə onları aradan qaldırmağa davam edərkən əldə edilən nailiyyətləri qorumaq lazımdır. 2019-cu il yanvarın 1-dən qüvvəyə minən Monreal Protokoluna Kiqali Düzəlişinin həyata keçirilməsi üçün də tam dəstək tələb olunur. Potensial istixana qazları olan hidrofluorokarbonları mərhələli şəkildə ləğv etməklə əsrin sonuna qədər qlobal temperatur artımını 0,4°C azaltmağa nail olmaq olar. Həmin tədbirləri mərhələli şəkildə həyata keçirməklə iqlim dəyişikliyi ilə mübarizədə irəliləyiş əldə etmək mümkündür.
Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir
Azərbaycan 1996-cı ildən “Ozon qatının qorunması haqqında Vyana konvensiyası”na, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na və bu protokola edilmiş düzəlişlərə dair Sazişə qoşularaq ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb. Bu da sənaye müəssisələri və məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz və avadanlıqların, əsasən də soyuducu və kondisionerlərin daha müasir texnologiyalarla əvəzlənməsindən, yaşıl iqtisadiyyata mərhələli keçidin təmin edilməsindən ibarətdir. Hazırda Azərbaycan həmin konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır. Ölkəmizdə Protokol çərçivəsində görülmüş tədbirlər nəticəsində ODM-lərdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq mərhələlərlə istifadədən çıxarılıb, istehlak 271 tondan 0.016 tona qədər azalıb.
Ozon qatının tükənməsinə dair son elmi araşdırmalar isə göstərir ki, konvensiyanın icrası nəticəsində 2000-ci ildən bəri planetdə ozon təbəqəsinin hissələri 10 il ərzində 1-3 faiz sürətlə bərpa olunur. Proqnozlaşdırılan sürətlə ozon qatı şimal yarımkürəsi və orta enliklərdə 2030-cu ilə, cənub yarımkürəsində 2050-ci ilə, qütb bölgələrində isə 2060-cı ilə qədər tamamilə bərpa oluna bilər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

