Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verilib

Əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verilib

14.10.2025 [15:13]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 5 min 900-ü təkərli oturacaq (o cümlədən 48-i mühərrikli təkərli oturacaq), 2 mini aşağı və yuxarı ətraf protezi, 4 min 900-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 8 min 100 cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 418 korset və digər reabilitasiya vasitələri təqdim olunub.

Cari ilin 9 ayında əlilliyi olan 11 min 200 şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Paylaş:
Baxılıb: 366 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31