40 milyondan çox insan qul kimi yaşayır...
02.12.2025 [08:32]
“Modern köləlik” nədir?
Bu gün milyonlarla insan görünməz zəncirlərlə bağlanıb: Kimisi zorla işlədilir, kimisi borc bataqlığında boğulur, kimisi də ticarətin ən qaranlıq sahələrində satılır. Hər il milyonlarla insan alver, zor gücünə cəlbetmə, yaxud digər məcburiyyət metodları nəticəsində istismaredici əmək şəbəkəsinin cənginə keçir, bu asılılıqdan can qurtara bilmir. Yüz minlərlə adam istismaredici əmək sistemi olan emalatxanalarda, tarlalarda, şaxtalarda əldən düşənə qədər işləyir, yaxud evlərdə onlardan hüquqsuz işçi qüvvəsi kimi istifadə olunur.
Dekabrın 2-si köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür. Bu tarix Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının insan alverinə qarşı mübarizə haqqında konvensiyanı qəbul etməsi ilə bağlıdır. Bu gün ilk dəfə 1949-cu ildə qeyd olunub.
Köləlik nədir?
Köləlik bəşər tarixinin ən böyük utanclarından biridir. Təəssüf ki, köləlik qədim dövrlərdən başlayaraq əsrlərlə davam edib. Dünyanın bir çox yerində yaşanan köləlik, avropalıların Yeni Dünyanı kəşf etməsi ilə fərqli bir məcraya keçib. Afrika qitəsindən milyonlarla insan qeyri-insani üsullarla Amerikaya qul kimi aparılıb.
Necə başladı?
Qədim dövrlərdə insanların yalnız öz həyatlarını təmin etmək üçün istehsalla məşğul olduqları zaman köləlik yox idi. Zaman keçdikcə insanlar istehlak edə bildiklərindən daha çox istehsal etməyə başladılar. Köləlik hərbi əsirlərin istehsalatda istifadə etmək üçün işləməyə başladığı zaman yarandı.
İslamdan əvvəl və sonra...
İslamdan əvvəl Ərəbistanda və dünyada quldarlıq geniş yayılmışdı. O zamanlar azad insanın malı sayılan və heç bir hüququ olmayan qadınlara “cariyə”, kişilərə isə “qul” deyilirdi. İnsanların cariyələrə və qullara baxışı, onlara verdiyi hüquqlar və davranış tərzi bölgələrə görə fərqlənirdi.
Köləliyin tamamilə ləğvi bir çox iqtisadi və sosial problemlərə səbəb ola bilərdi. Buna görə də İslam əvvəlcə qulların həyat səviyyəsini yaxşılaşdırmağı, sonra isə onlara öz iradəsi ilə çalışaraq və əvəzini ödəməklə azad olmağı hədəfləyən bəzi hüquqlar verdi. Vaxt keçdikcə müxtəlif qaydalar müəyyən edildi, eyni zamanda, quldarlığın tamamilə ləğvi üçün tədbirlər görüldü.
Köləliyin ləğv edilməsi ideyası necə yarandı?
Köləliyin ləğvi ideyası ilk olaraq Böyük Britaniya, Kanada, Fransa və Rusiya kimi ölkələrdə təsdiqlənib. Beynəlxalq “Anti-Köləlik Təşkilatı” (“Anti-Slavery International”) 1839-cu ildə Böyük Britaniyada yaradılıb. Birləşmiş Ştatlarda köləliyin ləğvi mahiyyətcə köləliyi günahlandırmaq və sosial düşüncəni ona qarşı çevirməkdən ibarət idi. Hələ 1830-cu illərdə köləliyə qarşı cərəyan şimal ştatlarında genişmiqyaslı xarakter almışdı. 1859-cu ildə isə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğvi üçün üsyan başlandı. ABŞ-da 1861-1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra qanuni köləlik ləğv edildi. Köləliyin ləğv edilməsində ABŞ-ın 16-cı prezidenti Abraham Linkolnun mühüm rolu olmuşdu.
Köləliyin ləğv edilməsi ilə bağlı ilk qanunlar
Köləliyin qadağan edilməsi ilə bağlı ilk qanunlar 19-cu əsrin birinci rübündə İngiltərə və ABŞ-da qəbul edildi, sonra digər Avropa dövlətləri də buna əməl etdilər. İngiltərədən sonra 1857-ci ildə Osmanlı İmperiyası köləliyi ləğv edən ilk ölkə oldu.
1926-cı ildə Millətlər Liqası bütün dünyada köləliyi qadağan etdi və daha sonra Birləşmiş Millətlər Təşkilatı bu müddəanı təsdiqlədi.
Köləlik dünyanın bütün cəmiyyətlərində və müxtəlif formalarda mövcud olub. Tarix boyu köləliyin ən böyük nümunəsi isə 400 ildən çox davam edən və milyonlarla afrikalının əsir götürülərək Amerika, Karib dənizinə aparıldığı “Transatlantik qul ticarəti” sayılır.
İspaniyadan yekun qərar
İspan müstəmləkələrində və müstəqillik əldə etmiş Cənubi Amerika ölkələrində də köləliyin qəti şəkildə ləğvi baş verdi. 1811-ci ildə İspaniya və Çilidə köləlik ləğv edildi. 1817-ci ildə Argentinada, 1821-ci ildə Peruda, 1829-cu ildə Meksikada köləlik qadağan olundu.
Danimarka ilk oldu
Avropa dövlətlərində qul ticarətini qadağan edən ilk ölkə isə Danimarka oldu. Bu, 1792-ci ildə baş verdi.
1807-ci ildə isə Britaniya koloniyalarında və 1808-ci ildə ABŞ-da qul ticarəti qadağan edildi. Amma qadağalara baxmayaraq, qullar azad edilmədi.
Beləliklə, 19-cu əsrdə dünyanın əksər ölkələrində köləlik ləğv edildi. Bununla belə, bəzi ölkələrdə köləlik 20-ci əsrə qədər davam etdi. Dünyada köləliyin rəsmi olaraq ləğv edildiyi sonuncu ölkə isə Mavritaniyadır.
“Modern köləlik”
Köləlik dünya üzrə yasaqlanmış olsa da, yeni formaları ilə “modern köləlik” bəşəriyyətin ən böyük problemlərindən biri olaraq qalır. Modern köləliyə, əsasən, az gəlirli və qarşıdurmaların çox olduğu bölgələrdə rast gəlinsə də, iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə də var.
Tailandda balıqçılıq, Şimali Koreyada kömür mədənləri, Fil Dişi sahilində kakao becərilməsi, Braziliyada mal-qara otlaqları ilə yanaşı, Avstraliyada bəzi diplomatların evlərində və İngiltərədə avtoyuma mərkəzlərində modern kölələrlə qarşılaşmaq mümkündür. Modern köləlik qurbanlarının 71 faizini qadınlar və uşaqlar, 29 faizini kişilər təşkil edir. Modern kölələrin 15,4 milyonu zorla evləndirilənlər, 24,9 milyonu isə zorla işlədilənlərdir.
Dünyada hər min nəfərdən beşi modern köləliyin qurbanıdır. Köləliyə dair əldə edilmiş məlumatlara görə, Afrikada hər min nəfərin 7,6-sı, Şərqi Asiyada 6,1-i, Avropa və Orta Asiyada 3,9-u modern kölədir.
Köləlik artıq qeyri-qanuni sayılsa da, bu gün dünyada 40 milyondan çox insanın qul kimi yaşadığı təxmin edilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

