Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu ilin dörd ayında pensiyalara yönəldilən vəsait açıqlanıb

Bu ilin dörd ayında pensiyalara yönəldilən vəsait açıqlanıb

15.05.2026 [21:23]

Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (248 milyon manat) çox olmaqla 2 milyard 608 milyon manat vəsait yönəldilib.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, pensiyalarda artım dinamikası davam edir. Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və 2026-cı il mayın 1-nə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Yanvar-aprel ayları ərzində 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 193 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31