Ölkə üzrə elektron xəstəlik vərəqəsi sisteminin tətbiqi başa çatdırılıb
17.06.2026 [11:25]
Rəqəmsal səhiyyə ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən ən mühüm layihələrdən biri Vahid Səhiyyə İnformasiya Sisteminin inkişaf etdirilməsi olub. Bu çərçivədə müxtəlif informasiya sistemləri və dövlət reyestrləri arasında inteqrasiya təmin edilib, tibbi məlumatların vahid platformada toplanması və idarəolunması istiqamətində mühüm nəticələr əldə edilib. Hazırda sistemin “hökumət buludu”na miqrasiyası tam başa çatdırılıb ki, bu da məlumatların təhlükəsizliyinin, əlçatanlığının və sistemlərin dayanıqlığının artırılmasına xidmət edir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyinin tətbiq etdiyi innovativ həllər sırasında “Elektron resept” sistemi xüsusi yer tutur. Sistem həkimlərə reseptlərin elektron formada tərtib edilməsinə, vətəndaşlara isə təyin olunmuş dərman vasitələrinə dair məlumatları rəqəmsal şəkildə əldə etməyə imkan yaradır. Bu yanaşma dərman təyinatlarının izlənilməsini asanlaşdırır, insan amilindən qaynaqlanan səhvləri minimuma endirir və xidmətlərin daha şəffaf həyata keçirilməsini təmin edir.
Bununla yanaşı, ölkə üzrə elektron xəstəlik vərəqəsi sisteminin tətbiqi tam başa çatdırılıb və bu sahədə kağız daşıyıcılardan istifadə ləğv olunub. Həmçinin elektron epikrizlərin vahid reyestri yaradılıb, sosial ödənişlər və tibbi sığorta proseslərində elektron epikrizlərdən istifadəyə başlanılıb. Bu yeniliklər həm vətəndaşların, həm də tibb işçilərinin vaxt itkisini azaltmaqla yanaşı, məlumatların daha operativ və etibarlı mübadiləsini təmin edir.
Həmçinin rəqəmsal xidmətlərin vətəndaşlar üçün daha əlçatan olması məqsədilə “Elektron Səhiyyə” platforması və mobil tətbiqi inkişaf etdirilib. Platforma vasitəsilə vətəndaşlar reseptlərə, xəstəlik vərəqələrinə, tibbi arayışlara və digər sağlamlıq məlumatlarına çıxış əldə edir, müxtəlif elektron xidmətlərdən istifadə edə bilirlər. Eyni zamanda, tibb işçiləri üçün işə qəbul, sertifikasiya, davamlı tibbi təhsil və digər peşəkar proseslər də rəqəmsal müstəviyə keçirilib.
“Cari ildə təqdim olunan “Tibbi Rəqəmsal Əkiz Sistemi” isə ölkənin rəqəmsal səhiyyə inkişafında yeni mərhələnin əsasını qoyur. Beynəlxalq FHIR standartları əsasında qurulan sistem 20-dən çox rəqəmsal həlli vahid mühitdə birləşdirərək vətəndaşların sağlamlıq məlumatlarının təhlükəsiz və fasiləsiz mübadiləsini təmin edir. Platforma real vaxt rejimində sağlamlıq göstəricilərinin monitorinqinə, təkrarlanan analiz və tibbi prosedurların azaldılmasına, profilaktik tədbirlərin daha səmərəli təşkilinə, eləcə də gələcəkdə süni intellektəsaslı analitika və qərar dəstəyi mexanizmlərinin tətbiqinə geniş imkanlar yaradır. Ümumilikdə, son illərdə həyata keçirilən rəqəmsallaşma tədbirləri nəticəsində Azərbaycan səhiyyəsində vahid məlumat ekosisteminin formalaşdırılması, xidmətlərin elektronlaşdırılması, vətəndaş məmnunluğunun artırılması və məlumatlara əsaslanan idarəetmə modelinin qurulması istiqamətində mühüm nailiyyətlər əldə olunub, - deyə məlumatda vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

