Məktəbli forması alarkən...
29.08.2026 [09:17]
Qiymət, keyfiyyət, material
Valideynlər nələrə diqqət etməlidir?
Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldıqca valideynlərin diqqəti yenidən məktəb alış-verişinə yönəlir. Mağazalarda və satış məntəqələrində canlanma artır, valideynlər həm münasib qiymətə, həm də bütün tədris ili ərzində istifadəyə yararlı olacaq geyim axtarışına çıxırlar.
Əslində məktəbli forması sadəcə geyim deyil. Uşağın günün böyük hissəsini keçirdiyi mühitdə onun rahatlığına birbaşa təsir edən vasitələrdən biridir. Buna görə də forma seçərkən yalnız rəngə və görünüşə deyil, parçanın tərkibinə, hava keçirmə xüsusiyyətinə, mövsümə uyğunluğuna və davamlılığına diqqət yetirmək vacibdir.
Parçalar bu ölkədən gətirilir
Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, məktəbli formaları əvvəlcədən hazırlanaraq anbarlarda saxlanılır. Bu, ilboyu alıcılara müxtəlif ölçülərdə məktəbli geyimlərinin təqdim edilməsinə imkan verir. Hətta 56, 58 və 60 ölçülü məktəbli formaları da əvvəlcədən hazırlanaraq satışa çıxarılır:
“Biz məktəbli formalarını əvvəlcədən - qış aylarından etibarən hazırlamağa başlayırıq. Parçaları Belarus, Türkiyə və Özbəkistandan gətirir, istehsal etdiyimiz məhsulları hazır şəkildə anbarlarda saxlayırıq. Buna görə də ilboyu bütün ölçülərdə məktəbli formalarını təqdim edə bilirik. Mövsüm vaxtı böyük ölçülərə də tələbat yarandığından 56, 58 və 60 ölçülü geyimləri də əvvəlcədən hazırlayırıq ki, valideynlər sifariş gözləməsinlər.
Hazırda mağazalarda nisbətən sakitlikdir. Lakin sentyabrın ilk günlərindən sonra alıcıların sayı kəskin artır. Ona görə valideynlərə məsləhətim odur ki, vaxt itirmədən məktəbli formalarını əvvəlcədən alsınlar.
Bakı Tikiş Evində istehsal olunan məktəbli formaları Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun hazırlanır. Şalvar və ətəklərin, eləcə də jaketlərin tərkibi 60 faiz yun, 40 faiz poliester, polo köynəklər isə 100 faiz pambıqdır. Müəssisədə istehsalda istifadə olunan parçalar Belarus, Türkiyə və Özbəkistandan tədarük edilir”.
Bu il qiymətlər necədir?
Bakı Tikiş Evində məktəbli formalarının qiymətləri ötən illə müqayisədə aşağı salınıb. Hazırda oğlan və qızlar üçün qısaqol polo köynək 12 manat, uzunqol polo köynək 14 manat, şalvar 15 manat, nazik jaket 20 manat, kapüşonlu jaket 25 manat, qalın jaket 22 manat, qızlar üçün ətək isə 15 manatdır.
Bununla yanaşı, bazarda qiymətlər eyni deyil. Mağazadan, istehsalçıdan, parçanın növündən və məhsulun keyfiyyətindən asılı olaraq, ciddi fərqlər yarana bilir. Məsələn, bəzi satış məntəqələrində qısaqol köynəklər 23-27 manat, uzunqol köynəklər 25-27 manat, şalvarlar 20-35 manat, jaketlər 25-35 manat, ətəklər isə 25-35 manat aralığında təklif olunur. Başqa satış məntəqələrində isə yerli istehsal olan köynəklərin qiymətinin 12 manatdan, şalvar və ətəklərin qiyməti 19 manatdan, jiletlərin qiymətinin isə 23-24 manatdan başladığı bildirilir.
Bu rəqəmlər göstərir ki, valideynin qarşısında bir neçə seçim var. Lakin “ən ucuzunu almaq” fikri hər zaman ən sərfəli seçim demək deyil. Çünki məktəbli formasının qiyməti ilə yanaşı onun neçə ay və ya neçə il istifadə edilə biləcəyi də nəzərə alınmalıdır.
Parçanın tərkibi niyə vacibdir?
Məktəbli formasında material məsələsi valideynlərin xüsusi diqqət yetirməli olduğu məqamlardandır. Hazırkı formaların materialları məhsuldan asılı olaraq fərqlənir.
Bakı Tikiş Evindən verilən məlumatlarda polo köynəklərin 100 faiz pambıq, şalvar və ətəklərin isə 60 faiz yun, 40 faiz poliester tərkibli olduğu göstərilir.
Pambıq parçanın əsas üstünlüklərindən biri dərinin nəfəs almasına imkan verməsi və gündəlik geyim üçün rahat olmasıdır. Uşaq saatlarla məktəbdə, sinif otağında, bəzən isə hərəkətli fəaliyyətlər zamanı bu geyimdə qalacağı üçün parçanın rahatlığı xüsusi əhəmiyyət daşıyır. Şalvar və ətəklərdə isə müəyyən miqdarda sintetik lifin olması parçanın daha davamlı olmasına, formasını daha yaxşı saxlamasına və tez qırışmamasına kömək edə bilər.
Ancaq burada da əsas məsələ tərkibin özü ilə yanaşı, məhsulun keyfiyyətidir. Valideyn formanın yalnız pambıq olmasına deyil, geyimin etiketinə, tikişlərinə, parçanın sıxlığına və ümumi hazırlanma keyfiyyətinə baxmalıdır.
Bir forma kifayətdirmi?
Valideynlərin qarşısında duran başqa bir məsələ də “bir dəst alım, yoxsa iki dəst?” sualıdır. Uşağın məktəbdə gündəlik istifadə etdiyi geyimin tez çirklənməsi nəzərə alınaraq, imkan daxilində ən azı iki köynək və gündəlik istifadə üçün bir neçə əsas geyim elementinin olması valideyn üçün daha rahat seçimdir.
Xüsusilə, kiçik yaşlı uşaqlarda geyimin daha tez çirklənməsi və yuyulması səbəbindən bir dəst formaya güvənmək praktik baxımdan çətinlik yarada bilər. İki dəst forma almaq ilkin xərci artırsa da, geyimlərin növbəli istifadəsinə imkan verdiyi üçün həm valideynin işini asanlaşdırır, həm də paltarların daha tez köhnəlməsinin qarşısını qismən alır.
Valideynlər başqa nəyi yoxlamalıdır?
Bundan başqa, tikişlərdə boş sapların olub-olmaması, düymələrin və ya digər bərkidicilərin möhkəmliyi, parçanın çox nazik və ya həddindən artıq sərt olmaması da diqqətdən qaçmamalıdır.
Məhsulun mənşəyi və keyfiyyət göstəriciləri də nəzərə alınmalıdır. Mütəxəssislər valideynlərə sertifikatlı və fabrik istehsalı məhsullara üstünlük verməyi tövsiyə edirlər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34

