Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir
27.09.2026 [15:17]
2020-ci il sentyabrın 27-si Azərbaycan üçün adi bir payız səhəri kimi açılmadı. Altı il əvvəl bu tarixdən başlayan 44 günlük yol şanlı Zəfərlə tamamlandı. Torpaqlarımız əsarətdən xilas edildi, üçrəngli Bayrağımız doğma şəhər, kənd və qəsəbələrimizdə ucaldıldı.
Lakin müharibənin ağrı-acılı üzü də var... Azad edilmiş ərazilərdə dalğalanan üçrəngli Bayrağın kölgəsində minlərlə şəhidimizin xatirəsi yaşayır. 27 sentyabr həm Zəfərə gedən yolun başlanğıcı, həm də müqəddəs amal uğrunda canlarından keçən qəhrəmanların anıldığı gündür.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqı Vətən fədailərinin uyuduğu müqəddəs məkanlara axışaraq, onların əziz xatirəsini dərin ehtiram, minnətdarlıq və hüznlə yad edir.
Şəhid baş leytenant İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “İlqar ehtiyatda olan zabit idi, Azərbaycan Dəmir Yollarında sahə rəisi vəzifəsində çalışırdı. Vətən müharibəsi başladığı gündən könüllü olaraq dəfələrlə müraciət etdi. Oktyabrın 7-də cəbhəyə yollandı. Vətənini öz işindən, övladlarından, ailəsindən üstün tutaraq döyüşlərə qatıldı. Füzuli, Xocavənd və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə rabitə bölüyünün komandiri kimi iştirak etdi. Oktyabrın 20-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid oldu.
Xaraktercə çox gözəl, mülayim və vətənpərvər insan idi. O, minlərlə şəhidimiz kimi torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canını fəda etdi. Bu gün onların yoxluğu bizim üçün, eləcə də minlərlə şəhid ailəsi üçün çox çətin və ağırdır. Lakin biz onlarla fəxr edirik, çünki onlar tarixdə öz izlərini salan qəhrəmanlardır”.
Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Hava Qüvvələrinin şəhid zabiti Ramiz Qasımovun oğlu Vaqif Qasımov bildirib ki, bu gün onun üçün həm hüzn, həm də qürur günüdür. Çünki bu gün torpaqlarımızın azadlığı uğrunda döyüşlərin və Zəfərin başlanğıc günüdür.
Vaqif atasını savadlı və vətənpərvər insan kimi xatırladığını qeyd edib. O, gələcəkdə atasının yolunu davam etdirərək hərbçi olmaq istədiyini söyləyib: “Atam şəhid olanda 5 yaşım var idi. Atamla bağlı xatirələrimdə ən çox yadımda qalan odur ki, o, mənim özü kimi pilot olmağımı istəyirdi. Pilotlar, təyyarələr haqqında danışırdı. Böyüyəndə, inşallah, atamın yolunu davam etdirəcəyəm və onun kimi pilot olacağam”.
Ehtiyatda olan polkovnik, İkinci Qarabağ müharibəsinin iştirakçısı Aydın Şıxəliyev bildirib ki, onun döyüş yolu Füzulidən başlayaraq Xocavənd, Cəbrayıl, Qubadlı istiqamətlərindən keçib.
O, 44 günlük savaşın hər bir gününün unudulmaz olduğunu diqqətə çatdırıb: "30 il işğalda olan torpaqlarımızı azad etdik. Azərbaycan Ordusu öz sözünü dedi, ərazi bütövlüyümüz təmin olundu”.
A.Şıxəliyev Vətən müharibəsində qazanılan Zəfərin qürurverici olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, müharibə itkisiz olmur və bu yolda canını qurban verənlərin fədakarlığı heç vaxt unudulmamalıdır.
Xəbər lenti
Hamısına baxAsiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15

