Laçınlı məcburi köçkünlərin məskunlaşdığı 11 yaşayış məntəqəsində tibbi müayinələr başa çatıb
29.03.2014 [11:59]
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkənin bütün vətəndaşları kimi, laçınlı məcburi köçkünlər də hamılıqla tibbi müayinədən keçirilir. Respublikanın 58 şəhər və rayonunda məskunlaşmış Laçın sakinlərinin tibbi müayinəsi 24 tibb məntəqəsində və Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsində aparılır. Poliklinikada Ağcabədi rayonunda məskunlaşmış 12 min nəfərdən çox laçınlı məcburi köçkünün müayinə olunması nəzərdə tutulur. Bu günədək 8933 nəfər sakin müayinə edilib, 11 yaşayış məntəqəsində əhalinin müayinəsi başa çatıb. Sakinlərin 1307 nəfəri ambulator müalicəyə cəlb edilib, 66 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib.
Bu barədə Laçın rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Mirzəyev AzərTAc-a müsahibəsində məlumat verib. Həmçinin bildirib ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün bütün zəruri tədbirlər görülüb. Dövlətimizin başçısının əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən laçınlı məcburi köçkünlər tibbi müayinədə fəal iştirak edirlər.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov bildirib ki, sakinlər mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsində terapevt, kardioloq, lor, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs və sair müayinələrdən keçirilir. Bundan başqa iki həkim briqadası tərəfindən Taxtakörpü ərazisindəki obalarda yaşlılara və yataq xəstələrinə tibbi xidmət göstərilir. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti laçınlı məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanıb. Poliklinikada tibbi müayinədən keçən rayon sakini Vəliş Abdullayev həkimlərdən, yaradılan şəraitdən razılıq edərək deyib:
- 72 yaşım var. Xeyli müddət idi ki, müayinədən keçmirdim. Bu gün digər rayon sakinləri kimi mən də hərtərəfli müayinə olundum. Həkimlər lazımi məsləhətlər verdilər. Biz məcburi köçkünlər bu yüksək diqqət və qayğıya görə Prezidentimizə minnətdarıq.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

