Suraxanı rayonunun sakinləri tibbi müayinələri rəğbətlə qarşılayırlar
25.04.2014 [09:21]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında ölkəmizdə aparılan əhalinin pulsuz tibbi müayinəsi aksiyası Bakının Suraxanı rayonunda da uğurla davam edir.
AzərTAc xəbər verir ki, indiyədək rayonda 160 minə yaxın sakin, 123-dən çox idarə və müəssisənin kollektivi tibbi müayinədən keçib. Onlardan 3 min 801 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb, 391 nəfər stasionar müalicəyə cəlb olunub.
Rayon ərazisindəki 24 nömrəli birləşmiş şəhər xəstəxanasının baş həkimi Azər Məmmədov bildirib ki, rəhbərlik etdiyi tibb ocağı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində əsaslı təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Xəstəxananın poliklinika şöbəsi 38 min 21 nəfər yaşlı insana, 12 min 234 uşağa xidmət edir. Xəstəxanaya gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, ultrasəs və digər müayinələrdən keçirlər: “Xəstəxanada bugünədək 29 min 945 nəfər sakin tibbi müayinədən keçib. Tibbi müayinə zamanı xəstəliklər aşkar edilmiş 655 nəfər ambulator, 74 nəfər stasionar müalicəyə cəlb olunub. Eyni zamanda. müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər.
Tibbi müayinələrdən rayon əhalisi çox razıdır. Qaraçuxur qəsəbəsinin sakini Gülnaz İsmayılova xəstəxananın tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirərək deyib ki, bu tədbirin həyata keçirilməsi Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğının nəticəsidir.
Xəstəxanada yaradılan şəraitdən razılıq edən Sədaqət Zeynalova isə bildirib ki, həkimlər digər sakinlər kimi, onu da hərtərəfli müayinə ediblər. Buna görə dövlətimizin başçısına minnətdarıq.
Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayonda bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə rayon icra hakimiyyətində komissiya yaradılıb, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayinədən keçmə qrafiki tərtib olunub.
Rayon əhalisinin tibbi müayinəsi 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada aparılır. Suraxanı rayon əhalisinin (209312 nəfər) və eyni zamanda rayonda məskunlaşmış məcburi köçkünlərin (20125 nəfər) tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri əhali arasında planlı formada maarifləndirici tədbirlər aparırlar.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

