/ / Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milləti yoxdur” aksiyası keçirilib
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milləti yoxdur” aksiyası keçirilib
18.06.2014 [09:59]
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Dünya Qan Donoru Günü münasibətilə iyunun 16-da Moskvada artıq ənənəyə çevrilmiş illik “Qanın milləti yoxdur” aksiyası keçirib. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş bu humanitar aksiya İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Klinik transfuziologiya və hematologiya kafedrasında keçirilib.
Heydər Əliyev Fondunun Moskvanın səhiyyə müəssisələrində qan köçürülməsinə ehtiyacı olan pasiyentlərə kömək göstərilməsi üzrə layihəsinin bir hissəsi olan bu aksiyada Azərbaycan, Malayziya, Yunanıstan, Özbəkistan, Gürcüstan və Çindən olan tələbələr iştirak ediblər. Təxminən 100 nəfər qan verib. Gün ərzində davam edən aksiyada BMDTU-nun tələbələri ilə yanaşı, əcnəbi tələbələrlə iş üzrə dekanlığın və beynəlxalq münasibətlər şöbəsinin əməkdaşları, Azərbaycanın RF-dəki səfirliyinin, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin təmsilçiləri, RAGB üzvləri də iştirak ediblər.
RAGB-nin nəzarət-təftiş komissiyasının üzvü, tədbirin əsas təşkilatçılarından biri, tibb elmləri namizədi Samir Əliyev qeyd edib ki, donor aksiyasının iştirakçıları bir tərəfdən öz sağlamlıqları barədə məlumat alır, digər tərəfdən - qana ehtiyacı olan insanlara kömək etməklə xeyirxah iş görürlər. Aksiya başa çatandan sonra İ.M.Seçenov adına BMDTU-nun Klinik transfuziologiya və hematologiya kafedrasında brifinq keçirilib.
Transfuziologiya və hematologiya kafedrasının professoru İmnara Bayraməlibəyli, Azərbaycanın RF-dəki səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin ictimaiyyət və KİV ilə əlaqələr şöbəsinin rəhbəri Tamilla Əhmədova gənclərin bu aksiyaya marağını yüksək qiymətləndiriblər. Qeyd edək ki, RAGB son 7 ildə BMDTU-nun tələbələri və əcnəbi tələbələrlə iş üzrə dekanlığın əməkdaşları ilə birlikdə müntəzəm olaraq bu cür aksiyalar keçirir.
Tibb profilli ali məktəblər bazasında təşkil edilən “Qanın milləti yoxdur” humanitar aksiyası Rusiyanın başqa regionlarında da mütəmadi keçirilir. Bundan əlavə, donor tələbələr Asiya və Afrika ölkələrində hərtərəfli tibbi dəstək tədbirləri təşkil etməklə başqa ölkələrdə də qana ehtiyacı olanlara kömək göstərirlər.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

