“Yeni Azərbaycan Partiyası - 2013” jurnalı nəşr edilib
01.07.2014 [09:49]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi tərəfindən partiyanın 2013-cü il ərzində fəaliyyətini əks etdirən jurnal nəşr edilib. Jurnalda ötən il YAP-ın həyata keçirdiyi çoxşaxəli fəaliyyət əks olunub. Belə ki, jurnalda 2013-cü ilin oktyabr ayında keçirilmiş prezident seçkilərinə xüsusi yer verilib. Seçki kampaniyası ərzində partiyanın tədbirləri və qələbə uğrunda həyata keçirilən möhtəşəm təbliğat kampaniyası faktlarla öz əksini tapıb.
Nəşrdə ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın V Qurultayında və andiçmə mərasimindəki nitqlərinə yer verilib.
Jurnalda, həmçinin, “9 oktyabr prezident seçkiləri: YAP-ın uğurlu seçki kampaniyası”, “Yeni Azərbaycan Partiyasının V Qurultayı: qələbəyə aparan yol”, “Azərbaycan 2013-cü ildə: sosial-iqtisadi nailiyyətlər”, “Heydər Əliyev: Böyük Azərbaycanlı”, “Yeni Azərbaycan Partiyası-regionun lider partiyası”, “Partiyanın beynəlxalq əlaqələri - yeni hədəflər, yeni imkanlar”, “YAP Qadınlar Şurasının fəaliyyəti yeni mərhələdə” və “YAP Gənclər Birliyi-intellektual gənclik” bölmələrində həm ölkəmizin, həm də partiyamızın 2013-cü il ərzində qazandığı nailiyyətlər geniş şəkildə əksini tapıb.
Məsələn, “9 oktyabr prezident seçkiləri: YAP-ın uğurlu seçki kampaniyası” bölməsində bildirilir: “9 oktyabr 2013-cü il-Azərbaycan xalqı növbəti 5 ildə dövləti məharətlə idarə edəcək, müstəqilliyi qoruyub saxlayaraq möhkəmləndirəcək, Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə daha da artıracaq, iqtisadiyyatı və xalqın rifahını sürətlə yüksəldəcək, bir sözlə, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirəcək ən layiqli namizədə səs verdi! Beləliklə, Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Əliyev böyük üstünlüklə qalib gələrək xalqın sevdiyi və əvəzedilməz lideri olduğunu üçüncü dəfə nümayiş etdirdi! Prezident İlham Əliyev oktyabrın 9-da keçirilən prezident seçkilərində seçicilərin 84,54 faizinin dəstəyini qazanmaqla növbəti möhtəşəm qələbəyə imza atdı. Bu, əslində, Azərbaycanın son 10 ildə keçdiyi yola, qazandığı uğurlara, daxili və xarici siyasət kursuna, bu kursu həyata keçirən Prezident İlham Əliyevin fəaliyyətinə verilən ən yüksək qiymətdir”.
“Yeni Azərbaycan Partiyasının V Qurultayı: qələbəyə aparan yol” bölməsində isə qeyd olunur ki, bu Qurultay ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biri olub: “Yeni Azərbaycan Partiyasının V Qurultayı, həmçinin, qurultay çərçivəsində qəbul edilən qərarlar Azərbaycan siyasi tarixində mühüm hadisə kimi səciyyələndirilir. Bu qurultay öz növbəsində bir neçə gerçəkliyi növbəti dəfə aşkara çıxarmaqla, bir daha Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşməsinin real səbəblərini əks etdirdi”.
“Azərbaycan 2013-cü ildə: sosial-iqtisadi nailiyyətlər” bölməsində isə qeyd olunur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2013-cü ildə ölkəmiz daha da dinamik inkişaf edərək, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanıb, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Belə ki, əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də ölkəmiz Cənubi Qafqaz regionunun siyasi, iqtisadi, humanitar mərkəzi statusunu möhkəmləndirib, qlobal problemlərin həllində və beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda mühüm rol oynayıb. “Bəli, müasir Azərbaycanın uğurlu inkişafı, dünyada yüksək nüfuza sahib olması artıq reallıqdır. Təbii ki, əldə olunan bu uğurların təməlini düşünülmüş siyasət, mövcud olan ictimai-siyasi sabitlik və sistemli şəkildə aparılan iqtisadi islahatlar təşkil edir. Bu baxımdan, 2013-cü il də ölkəmizdə makroiqtisadi sabitliyin qorunmasının təmin edilməsi, dayanaqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşməsi, qeyri-neft sektorunun sürətli inkişafı ilə yadda qalmışdır. Əminliklə demək olar ki, 2013-cü ildə qarşıya qoyulmuş bütün vəzifələr uğurla icra olunub. Ölkə iqtisadiyyatının dinamik inkişafı, Dövlət proqramlarının, investisiya layihələrinin reallaşdırılması, əhalinin sosial rifahının yüksəlməsi təmin edilib” - deyə, nəşrdə vurğulanır.
“Heydər Əliyev: Böyük Azərbaycanlı” bölməsində isə bildirilir ki, Azərbaycanın müasir tarixi və onun gələcək perspektivləri bilavasitə Ümummilli lider Heydər Əliyevin adı, Onun müəyyənləşdirdiyi siyasət və inkişaf konsepsiyası ilə əlaqədardır: “Yeni Azərbaycan Partiyası da müasir Azərbaycanın memarı və partiyanın qurucusu Heydər Əliyevin əziz xatirəsini daima xüsusi diqqət və ehtiramla anır, siyasi xəttinə sadiq qalır”.
Qeyd edək ki, nəfis şəkildə nəşr olunmuş jurnalda partiya fəaliyyətini və ölkənin uğurlarını əks etdirən fotolardan geniş istifadə olunub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52

