/ / Kiyevdə akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin rəsmi saytının təqdimatı keçirilib
Kiyevdə akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin rəsmi saytının təqdimatı keçirilib
02.08.2014 [11:33]
İyulun 31-də Ukrayna paytaxtında akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin rəsmi saytının təqdimatı keçirilib. Təqdimat mərasimi Ukrayna Səhiyyə Nazirliyinin diplomdan sonrakı təhsil üzrə P.L.Şupik adına Milli Tibb Akademiyasının (sonrakı mətndə - Tibb Akademiyası. - AzərTAc) Elmi Şurasının Böyük zalında keçirilib.
Tədbirdə Mərkəzin idarə heyətinin, təşkilatın Əlaqələndirmə Şurasının və Elmi Şurasının üzvləri, tibb elmləri, təhsil və səhiyyə sahəsində tanınmış ukraynalı alimlər, Azərbaycan, Ukrayna, Çexiya və Polşa KİV-lərinin nümayəndələri iştirak edib.
Tibb Akademiyasının birinci prorektoru, Ukrayna Milli Tibb Elmləri Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor Yuri Vdoviçenko tədbirə toplaşanları akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəz adından təbrik edib.
Akademik Y.Vdoviçenko Ukrayna ilə Azərbaycan arasında dostluğun sarsılmazlığına dərin inamını bildirərək iki dost ölkə arasında tibb elmləri, səhiyyə və təhsil sahələrində əməkdaşlıq üçün böyük potensial olmasını qeyd edib. O, Ukraynada görkəmli Azərbaycan alimi , dünya şöhrətli oftalmoloq, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəz yaradılmasının əhəmiyyətini xüsusi vurğulayaraq bu Mərkəzlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Y.Vdoviçenko həmçinin Ukrayna Milli Tibb Akademiyasının, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin və müvafiq profilli ali məktəblərdən birinin iştirakı ilə birgə beynəlxalq tibbi-elmi jurnal təsis etməyə tam hazır olduğunu bildirib.
Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, həmvətənimiz, tibb elmləri doktoru, professor Aydın Salmanov AzərTAc-a müsahibəsində bildirib ki, Azərbaycan və Ukaryna alimləri arasında əlaqələndirici rol oynamalı olan bu təşkilat tibb elmləri, səhiyyə və təhsil sahələrində iki dövlət arasında bir növ körpü olacaq.
Aydın Salmanovun sözlərinə görə, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin əsas məqsədi əhalinin sağlamlığının yaxşılaşmasına, ömrünün uzanmasına və sanitar-epidemioloji salamatlığın təmin olunmasına, Ukrayna-Azərbaycan münasibətlərinin inkişafına kömək etməkdir.
Bu məqsədə nail olmaq üçün müvafiq elmi layihələr hazırlanmasını və həmin layihələrin artıq həyata keçirilməyə başlanmasını bildirən professor A.Salmanov birgə elmi fəaliyyət üçün Ukraynanın yeddi aparıcı elm və təhsil müəssisəsi ilə sazişlər bağlandığını qeyd edib. Daha sonra o bildirib ki, Mərkəzin layihələri barədə daha ətraflı məlumat almaq üçün bu qurumun rəsmi saytına (http://zarifacenter.org) müraciət etmək olar.
Professor Aydın Salmanov AzərTAc-a müsahibəsinin sonunda Azərbaycanın və digər ölkələrin alimlərini, biznesmenləri, müvafiq dövlət qurumları və ictimai təşkilatlarını əməkdaşlığa dəvət edib.
Mərkəzlə bu elektron poçt vasitəsi ilə yazışmaq olar: zarifacenter@gmail.com.
Xəbər lenti
Hamısına baxAnalitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31

