BDU-ya qəbul olunmuş tələbələrdən 3 min 659 nəfəri müvafiq qeydiyyatdan keçib
16.08.2014 [09:48]
Avqustun 15-də Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bu il BDU-ya qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşüb.
Bakı Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildiriblər ki, görüşdə akademik A.Məhərrəmov tələbə adını qazanan gəncləri təbrik edib, onların sənədlərinin qeydiyyatı ilə maraqlanıb.
Ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissləri ilə vurğulayan rektor BDU-da təhsil almağın çox şərəfli olduğunu söyləyib, təhsil müəssisəsi barədə məlumat verib.
Son vaxtlaradək qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları BDU-nun yataqxanalarının yararsız vəziyyətdə olduğunu xatırladan akademik A.Məhərrəmov həmin yataqxanaların bir neçəsinin söküldüyünü və onların yerində təxminən 7 min tələbə üçün nəzərdə tutulan müasir yataqxana kompleksinin inşa olunacağını diqqətə çatdırıb.
Sonra görüş iştirakçıları BDU-nun Tədris Elektron Mərkəzi, laboratoriyaları, idman kompleksi və s. ilə tanış olublar.
Bakı Dövlət Universitetinin builki qəbul planı 4 min 325-dir və avqustun 15-dək 3 min 659 nəfər müvafiq qeydiyyatdan keçib. Ödənişli təhsilə qəbul olan tələbələrin təxminən 300 nəfəri güzəştli kateqoriyaya daxil olduqları üçün təhsil haqqının ödənilməsindən azaddırlar.
2014-2015-ci tədris ilində tələbə adını qazanan abituriyentlərin sənədlərinin qeydiyyat prosesi avqustun 22-dək davam edəcək. Boş qalmış plan yerlərinə qəbul olunmuş şəxslərin son qeydiyyat müddəti isə avqustun 28-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59

