Baş nazirin müavini Sabunçu rayonunda məcburi köçkünlərlə görüş keçirib
16.08.2014 [09:48]
Avqustun 15-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasında bu rayonda, həmçinin digər rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib.
Komitədən AzərTAc-a bildirilib ki, qəbulda Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, komitənin departament və şöbə müdirləri, eyni zamanda ərazisi işğal altında olan rayonların icra hakimiyyəti başçılarının müavinləri də iştirak ediblər.
Qəbulda ümumilikdə 400 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənilib, ərizə və şikayətlərinə baxılıb, problemlərinin həlli üçün tapşırıqlar verilib. Əli Həsənov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə Prezident İlham Əliyev kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq qərarlar qəbul edir. Məcburi köçkünlərin mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılır. İndiyədək bu qəbildən olan soydaşlarımız üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 83 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 210 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Təkcə 2013-cü ildə 20 mindən çox köçkün yeni evlərə köçürülüb. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var. Həmin soydaşlarımızın da mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Əli Həsənov Prezident İlham Əliyevin qətiyyəti ilə bu problemin də tezliklə öz həllini tapacağına əminliyini bildirib.
Qəbula gələn məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.
Sonda qəbula yazılmayan məcburi köçkünlər də dinlənilib, onların ərizələri baxılmaq və tədbir görülmək üçün qeydiyyata alınıb.
Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 35 mindən çox qaçqın və məcburi köçkün soydaşımız Bakının Sabunçu rayonunda yaşayır. Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də ayrı-ayrılıqda görüşlər keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42

