/ / Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Ümumdünya diabetlə mübarizə günü ilə əlaqədar tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Ümumdünya diabetlə mübarizə günü ilə əlaqədar tədbir keçirilib
18.11.2014 [09:48]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) V.Vasilenko adına Daxili Xəstəliklərin Propedevtikası Klinikasında Şəkərli diabetlə mübarizə günü təşkil edib.
BMDTU-nun Endokrinologiya kafedrasının müdiri, professor Valentin Fadeyev tədbiri açaraq qeyd edib ki, hər il Ümumdünya diabetlə mübarizə günü bu xəstəliklə əlaqədar müəyyən mövzuya həsr olunur. 2014-2016-cı illərdə Ümumdünya diabetlə mübarizə gününün mövzusu “Sağlam həyat tərzi və şəkərli diabet”dir.
Tədbirin təşkilatçılarından biri, RAGB-nin Nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev iştirakçılara uşaqlarda diabet problemindən danışıb və qeyd edib ki, dünyada “gənclərin diabeti” adlandırılan 1-ci tip şəkərli diabet xəstələrinin sayı artır. O həmçinin şəkərli diabetlə mübarizədə sağlam həyat tərzinin əhəmiyyətini xüsusi vurğulayıb.
BMDTU-nun tələbələri olan RAGB nümayəndələri Uşaq endikrinologiya şöbəsinin müdiri Alisa Vitebskaya ilə birlikdə oyun formasında balaca pasiyentlərə şəkərli diabet zamanı özünənəzarətin vacib olduğunu izah ediblər. Sonra uşaqlar öz yeni dostları ilə birlikdə müxtəlif müsabiqələrdə və oyunlarda həvəslə iştirak ediblər.
Tədbirin sonunda RAGB-nin nümayəndələri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından tibb müəssisəsinə məişət texnikası, uşaqlara isə hədiyyələr təqdim ediblər.
Klinikanın rəhbərliyi RAGB-nin sədri Leyla Əliyevaya, habelə Diabetlə mübarizə günü tədbirinin təşkilində və keçirilməsində fəal iştirak edənlərə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

