Qubadlı ictimaiyyəti 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib
07.03.2015 [10:55]
Qubadlı ictimaiyyəti 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirib. Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Afət Allahverdiyeva bütün Azərbaycan qadınlarını bayram münasibətilə təbrik edib. Bildirilib ki, Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın rolu əvəzolunmazdır.
Daha sonra çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva bildirib ki, mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə edib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini bildirən natiq qeyd edib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmir. Dövlət quruculuğunun bütün istiqamətlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər”.
X.Alıyeva Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız üçün örnək qəbul etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.
Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov və digər natiqlər müstəqil dövlətimizin qayğısını hər zaman üzərində hiss edən, məcburi köçkün ömrü yaşayan qubadlılıların dövlətimizin siyasi kursunu hər zaman dəstəklədiyini söyləyiblər. Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

