/ / Nərimanov rayonunda cari ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Nərimanov rayonunda cari ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
17.04.2015 [10:05]
Aprelin 16-da Nərimanov rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzərək, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbiri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq, cari il aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdırıb.
A.Fərzəliyev respublikada aparılan uğurlu sosial-iqtisadi siyasətdən danışaraq, Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü vurğulayıb.
Daha sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, üç ayda rayonda xidmətlər də daxil olmaqla, 573,1 milyon manatlıq məhsul istehsal olunub. İstehlakçılara 550,9 milyon manatlıq və ya bütün sənaye məhsulunun 99,9 faizi qədər sənaye məhsulu göndərilib, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 84,7 faiz təşkil edib.
Birinci Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlərin təxirə salınmadan həyata keçirildiyini xüsusi vurğulayan Ş.İbadov təsdiq olunmuş Tədbirlər Planına əsasən Nərimanov rayonu ərazisində bu istiqamətdə görülən tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, yeni inşa olunan Olimpiya Stadionunun Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri böyük sürətlə və yüksək keyfiyyətlə həyata keçirilir. İlk növbədə artıq şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilən Ziya Bünyadov prospektinin 15 kilometrlik hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtükləri yenidən qurulub, digər hissələrdə isə hasarlar tikilərək müasir üzlük tavanlarla bəzədilib.
Eyni zamanda vurğulanıb ki, metronun “Gənclik” stansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşası, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi uğurla yerinə yetirilib və son tamamlama işləri aparılır.
Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 yaşayış binasının tikintisi sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Həmin binaların yaxın müddətdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Milli Məclisin deputatı Adil Əliyev və digər çıxış edənlər rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Çıxışlarda dövlətimizin başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb və Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə rayon icra hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

