Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Zaqatala rayonunun bir sıra kəndlərinin içməli su təchizatı yaxşılaşdırılıb

Zaqatala rayonunun bir sıra kəndlərinin içməli su təchizatı yaxşılaşdırılıb

17.06.2015 [10:24]

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi ucqar dağ kəndlərinin su təchizatının yaxşılaşdırılması layihələrinin icrası davam etdirilir. “Azərsu” ASC-nin həyata keçirdiyi layihə çərçivəsində Zaqatala rayonunun Əlibayramlı, Muğanlı və Üçüncü Tala (Dombabinə) kəndlərinin içməli su təchizatı yaxşılaşdırılıb.
Zaqatala rayonunun Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndlərində su təchizatı sistemi olsa da, artezian quyusunun istismara yararsız vəziyyətə düşdüyündən kəndlərin içməli su ilə təminatında çətinliklər yaranıb. Bu kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün rayonun Əlibayramlı kəndi ərazisində yeni artezian quyusu qazılıb. Yeni arteziandan çıxarılan su mövcud magistral su xətti ilə Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndlərinə ötürülür. Su mənbəyində mövcud bulaq əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilib. Layihənin icrası nəticəsində Əlibayramlı kəndində 3051, Üçüncü Talada 1844, Muğanlı kəndində 2787, ümumilikdə 7682 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.
Zaqatala rayonunun Əlibayramlı kəndində yeni subartezian quyusunun istismara verilməsi ilə bağlı təşkil olunmuş tədbirdə Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Əhmədov layihənin əhəmiyyətindən danışıb, göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun birinci müavini Vəli Həsənov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq layihələrin icrası davam etdirilir. Zaqatala rayonunun Əlibayramlı kəndində yeni subartezian quyusunun istismara verilməsi nəticəsində Muğanlı, Əlibayramlı və Üçüncü Tala kəndlərinin içməli su təchizatı daha da yaxşılaşacaq. Layihə çərçivəsində Əlibayramlı kəndindəki bulaq da əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir”.
Tədbirdə çıxış edən kənd sakinləri əvvəllər içməli su təchizatında çətinliklərin olduğunu xatırladıb, yeni layihənin icrası nəticəsində bu problemin həll edildiyini diqqətə çatdırıblar.
“Azərsu” ASC hazırda Zaqatala şəhəri ilə yanaşı, rayonun Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndləri də daxil olmaqla 9 kənd yaşayış məntəqəsinə xidmət göstərir.

 
Paylaş:
Baxılıb: 820 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30