/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə əlaqədar konfrans keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə əlaqədar konfrans keçirilib
16.07.2015 [09:53]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə əlaqədar konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın görkəmli maarifçi-pedaqoqu və təbiətşünas alimi Həsən bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən 140 illik inkişaf yolunun hər birimizdə qürur hissi doğurduğunu vurğulayıb. Nazir Azərbaycan mətbuatının həmişə ictimai həyatın güzgüsü və mütərəqqi ideyaların, ümumbəşəri dəyərlərin daşıyıcısı olduğunu, informasiya təminatında, xalqın maariflənməsində əhəmiyyətli rol oynadığını bildirib. Qeyd edib ki, cəmiyyətin həyatında KİV-in rolunu yüksək dəyərləndirən Ümummilli lider Heydər Əliyev tərəfindən milli mətbuatın inkişafı daim diqqətdə saxlanılıb. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyamızda söz, azad məlumat toplamaq, öz baxışlarının azad ifadə edilməsi və s. kimi azadlıqlar təsbit olunub. Ulu öndərimizin 1998-ci il 16 avqust tarixli Fərmanı ilə ölkəmizdə KİV üzərində senzuranın aradan qaldırılması isə Azərbaycanda ümumən demokratik islahatlar prosesində mühüm addımlardan biridir.
Ölkəmizin sürətli və hərtərəfli tərəqqisini uğurla təmin edən Azərbaycan Prezidenti İlham Əliyevin, eyni zamanda, ölkə mətbuatına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan S.Müslümov milli mətbuatımızın 140 illik yubileyinin qeyd olunması barədə dövlət başçısı tərəfindən Sərəncamın imzalanmasını bu diqqət və qayğının növbəti ifadəsi kimi dəyərləndirib. Nazir KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin təmin olunması, xüsusən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və s. istiqamətlərdə mühüm işlərin görüldüyünü, 2008-ci ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın ölkə mətbuatının hərtərəfli inkişafında böyük önəm kəsb etdiyini diqqətə çatdırıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın inkişaf yolundan və cəmiyyətin ümumi inkişaf proseslərində fəal iştirakından bəhs edib, onun həmişə azərbaycançılıq əqidəsinə, mütərəqqi dəyərlərə sadiq qaldığını bildirib. Son illərdə ƏƏSMN tərəfindən aparılan uğurlu islahatların mətbuatın gündəmindəki əsas mövzulardan biri olduğunu qeyd edən Ə.Amaşov jurnalistlərin nazirliyin fəaliyyət sahələrinə dair məlumatlar əldə etmələrində, müvafiq sorğularına cavab almalarında hər hansı çətinliklə üzləşmədiklərini, nazirliyin rəsmi saytında məlumatların gündəlik yenilənməsinin təqdirəlayiq olduğunu bildirib, ümumən nazirliyin KİV-lə qarşılıqlı səmimiyyətə əsaslanan fəal əməkdaşlığını nümunəvi bir əməkdaşlıq təcrübəsi kimi yüksək dəyərləndirib.
Konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi islahat tədbirlərini və orqanlarının fəaliyyətini obyektiv işıqlandıran bir qrup jurnalistin mükafatlandırılması ilə yekunlaşıb. Mükafatçılar arasında “Yeni Azərbaycan” qəzetinin əməkdaşı da var.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

