“Azercell” regionlarda Ekspress ofislərinin sayını artırır
17.07.2015 [11:39]
Müştərilərinə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə ölkənin telekommunikasiya bazarının lideri “Azercell Telekom” Bakıda və eləcə də, regionlarda “Azercell Ekspress” (AzEks) ofislərinin sayını artırmaqdadır. Belə ki, ötən gün şirkət Hacıqabulda yeni ofisini abunəçilərinin ixtiyarına verib. Şirkətdən verilən məlumatda qeyd olunur ki, şəhərin İsmət Qayıbov küçəsi 9 ünvanında yerləşən yeni ofis hamı üçün rahat olan “bir nöqtədə üç xidmət” (“one-stop shopping”) konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər “Azercell Ekspres” ofisinə gələrək eyni anda üç xidmətdən yararlana biləcəklər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Xatırladaq ki, məhz “Azercell Telekom” 2004-cü il avqustun 27-də Bakıda ilk “Azercell Ekspress” ofisini istifadəyə verməklə, MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət olub.
Məlumatda, həmçinin, qeyd olunur ki, öz şəbəkəsini və əhatə dairəsini daim genişləndirən “Azercell”in hal-hazırda Bakıda 15, regionlarda isə 33 Ekspress ofisi fəaliyyət göstərir. Bundan əlavə “Azercell”in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti Mərkəzi mövcuddur. Ümumilikdə isə Azərbaycan üzrə Ekspess ofislərinin sayı 48-ə çatıb. Hacıqabulda açılan yeni ofis sakinlərə operativ və rahat xidmət göstərməklə yanaşı, eyni zamanda, ölkənin ən nümunəvi və peşəkar abunə xidmətindən yararlanmağa imkan yaradacaq.
Xatırladaq ki, ASAN-1, ASAN-2, ASAN-3 xidmət mərkəzləri və Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində də “Azercell” şirkətinin müştəri xidmətləri fəaliyyət göstərir.
Səlim
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

