Respublika Hərbi Prokurorluğunun işçiləri peşə bayramlarını qeyd ediblər
02.10.2015 [10:28]
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 97-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 97-ci ildönümü münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, təqaüddə olan veteranları Respublika Hərbi Prokurorluğunun rəhbərliyi və kollegiyası adından təbrik edib. O, xüsusi vurğulayıb ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və gündəlik qayğısı nəticəsində mümkün olub.
Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xanlar Vəliyev xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq bütün digər qurumlar ilə yanaşı, Azərbaycan Prokurorluğunun da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılmaqla dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrildiyini, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusunun yaradıldığını diqqətə çatdırıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub.
Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin tarixi reallığı bərpa edən və prokurorluğun cəmiyyətdə rolu və yeri məsələsinə dövlət səviyyəsində münasibət bildirən 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il oktyabrın 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması prokurorluq əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən hadisədir.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, dövlət tərəfindən prokurorluq orqanlarına daim hərtərəfli diqqət və qayğı göstərilir, bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsinə uyğun təkmilləşdirilməsində “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan bu Proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı, əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib.
Qeyd olunub ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində mühüm işlər görülüb. Proqrama müvafiq olaraq, Azərbaycanın hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Respublika Hərbi Prokurorluğunda kadrlar və hüquqi təminat şöbəsi, xüsusi istintaq və maddi-texniki təminat şöbələri, eləcə də dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu yaradılıb.
Xüsusi vurğulanıb ki, digər hüquq mühafizə orqanları kimi, Hərbi Prokurorluğun kollektivi də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, dövlət müstəqilliyimizin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə edib və bütün mümkün tədbirlər bundan sonra da görüləcək.
Xanlar Vəliyev diqqətə çatdırıb ki, dövlət səviyyəsində göstərilən yüksək qayğının nəticəsi olaraq son illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki bazasının müasir standartlar səviyyəsində daha da möhkəmləndirilməsi sahəsində böyük işlər görülməklə bir neçə yeni inzibati bina tikilib və əsaslı təmir olunub.
“Bu bayram günündə də prokurorluq orqanlarının kollektivi üçün ən böyük hədiyyə bizə ölkəmizin rəhbəri və dövlət səviyyəsində göstərilən etimaddır”, - deyən hərbi prokuror bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin sərəncamları ilə bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi prokurorluq işçilərinin sevincinə səbəb olub.
Prokurorluğa dövlətimizin başçısı səviyyəsində göstərilən qayğı və fəaliyyətə verilən yüksək qiymətə görə hərbi prokurorluğun kollektivi adından Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirən X.Vəliyev əmin edib ki, Respublika Hərbi Prokurorluğu bundan sonra da öz işini göstərilən yüksək etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində səylərini əsirgəməyəcək.
Sonda hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev xidmətdə fərqlənən bir qrup əməkdaşa medallar, fəxri fərmanlar və hərbi rütbələr təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

