Xətai rayonunda abadlıq, quruculuq işləri davam etdirilir
20.10.2015 [10:24]
Azərbaycanın son illər sosial-iqtisadi sahələrdə qazandığı uğurlar davamlı islahatların real nəticəsidir. Ölkədə aparılan abadlıq və quruculuq işləri ildən-ilə genişlənir. Respublikamızın bütün regionlarında, eləcə də paytaxtımızda yollar çəkilir, körpülər salınır, turizm obyektləti inşa edilir, bir sözlə, tamamilə yeni infrastruktur formalaşır.
Azərbaycanın dinamik inkişafının fonuna təkcə paytaxt Bakı deyil, eyni zamanda, onun ətraf qəsəbələri də dövlətimizin qayğısı nəticəsində tamamilə yeniləşib. Son illər Bakı və onun ətraf qəsəbələrinin sürətli inkişafı Dövlət proqramlarının icrasının real nəticəsidir.
Məhz Dövlət Proqramı çərçivəsində paytaxt Bakıda və onun qəsəbələrində elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlər aparılmış, yollar və digər infrastruktur obyektləri inşa olunmuş və ya yenidən qurulmuş, Bakı şəhəri və onun qəsəbələrində ekoloji vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşmış, yeni sosial-mədəni infrastruktur obyektləri (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) tikilmiş və ya beynəlxalq standartlara uyğun yenidən qurulmuş, yeni iş yerləri və müəssisələr açılmışdır.
Dövlət Proqramının icrası qəsəbələrin simasını əsaslı şəkildə dəyişdi. Proqram çərçivəsində görülmüş işlər paytaxt və onun qəsəbələrinin inkişafında, infrastrukturun yeniləşdirilməsində, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsində, əhalinin məşğulluğunun artırılmasında və ölkədə yoxsulluq səviyyəsinin daha da azalmasında xüsusi əhəmiyyətə malikdir.
Xətai rayonunda bu istiqamətdə həyata keçirilən işlər təqdirəlayiqdir. Rayon ərazisində həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində bir sıra küçə və prospektlərdə abadlıq və quruculuq işləri davam etdirilir. Son illər ərzində rayon ərazisində yeni yaşıllıq zolaqlarının, park və meydanların salınması, əvvəldən mövcud olanların yenidən qurulması artıq ənənəyə çevrilib. Rayonun bütün ərazilərində, o cümlədən, General Mehmandarov, Məzahir Rüstəmov, Telnov və Neapol küçələrində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
Əhalinin rahat gediş-gəlişini təmin etmək məqsədilə yol kənarlarında olan piyada səkiləri dəyişdirilir və yerinə tamet plitələr düzülür. Həmçinin sakinlər tərəfindən qeyri-qanuni zəbt edilmiş ərazilərdə çəpərlər sökülür, həmin sahələr abadlaşdırılır. Küçə boyu yaşıllıq zonaları salınır, məhəllədaxili istirahət parkları və uşaq əyləncə guşələrində təmizlik işləri aparılır. Yararsız hala düşmüş əyləncə elementləri, oturacaqlar və s. bərpa edilir. Qarşıdan gələn parlament seçkiləri ərəfəsində rayon ərazisində fəaliyyət göstərən 4 seçki dairəsində də təmir-bərpa, abadlıq işləri yüksək səviyyədə həyata keçirilir. Sevindirici haldir ki, bu işlərdə rayon İcra Hakimiyyəti ilə yanaşı Xətai rayon bələdiyyəsi də yaxından iştirak edir. Belə ki, bələdiyyə tərəfindən sakinlərin bir sıra sosial, iqtisadi, ekoloji problemlərinin həllinə nail olmaq üçün mühüm tədbirlər həyata keçirilir, ərazilərdə abadlıq quruculuq işləri görülür, müxtəlif ünvanlarda xeyir-şər evləri inşa olunur, nümunəvi həyətlər salınır.
Bütün bu görülən işlər isə bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatlar, ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl sürətdə davam etməkdədir.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

