Yevlaxda 2015-ci ilin doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
22.10.2015 [10:27]
Bu ilin doqquz ayında Yevlax rayonunda ümumi məhsulun həcmi 367,1 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,5 milyon manat və yaxud 3,5 faiz çoxdur. Bu barədə rayonda 2015-ci ilin doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Yığıncaqda ötən doqquz ayda görülən işlər ətraflı təhlil olunub. Bildirilib ki, ümumi məhsulun 10 milyon manatını sənaye, 62,1 milyon manatını kənd təsərrüfatı, 28,4 milyon manatını tikinti, 217,6 milyon manatını ticarət, 4,2 milyon manatını nəqliyyat, 1 milyon manatını rabitə, 43,7 milyon manatını digər xidmətlər təşkil edib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 28 milyon 429 min manat olub. Adambaşına 2927,6 manat ümumi məhsul istehsal edilib ki, bu da 2014-cü ilin doqquz ayına nisbətən 76,9 manat və yaxud 1 faiz çoxdur.
Bu dövrdə rayon polis şöbəsinin inzibati binası, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 11 fərdi ev, Yevlax “Dəmir-Beton” ASC-nin nəzdində dekoratik plitə və səki daşları istehsal edən yeni istehsalat sahəsi istifadəyə verilib. Aran qəsəbəsindən keçən Bakı-Ələt-Qazax avtomobil yolunun kənarında qala divarlarının və bürclərin tikintisi başa çatdırılıb, Sahil istirahət kompleksində yenidənqurma işləri davam etdirilib. Aşağı Qarxun, Nəmərli, Hacımahmudlu, Dəlləklər kənd klublarında, Malbinəsi, Aran qəsəbə mədəniyyət evlərində təmir işləri aparılıb.
Şəhərin 32-ci məhəlləsi, Yuxarı Qarxun, Gülövşə, Yuxarı Salamabad, Aşağı Salamabad, Əcəmi, Ərəş, Havarlı, Quşçu, Əkşəm kəndləri qazlaşdırılıb. Şəhərdə və rayon ərazisindən keçən avtomobil yollarının kənarlarında geniş yaşıllaşdırma işləri aparılıb, 104 mindən çox müxtəlif ağac, qızılgül kolları əkilib.
Hazırda Kür çayı sahilində 5 ulduzlu otelin, İqtisadiyyat və Sənaye Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin Yevlax rayon idarəsinin, təhsil şöbəsinin, 11 saylı Ərazi Vergilər Departamentinin, elektrik şəbəkəsinin, 100 yerlik uşaq bağçasının binalarının tikintisi davam etdirilir.
Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsil, mədəniyyət sahələrində görülən işlər ətraflı təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Xəbər lenti
Hamısına baxGündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17

