45 saylı Abşeron Seçki Dairəsini əhatə edən məntəqələr seçkilərə hazırdır
23.10.2015 [10:35]
45 saylı Abşeron Seçki Dairəsini əhatə edən seçki məntəqələri noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə tam hazır vəziyyətdədir. Onlardan biri də 1370 seçicinin qeydiyyatda olduğu 10 saylı seçki məntəqəsidir.
Xırdalan şəhər 1 saylı tam orta məktəbdə yerləşən məntəqə seçki komissiyasının sədri Kəmalə Yusufova AZƏRTAC-a bildirib ki, məntəqədə seçicilərin sərbəst, demokratik şəraitdə səs vermələri üçün hər cür şərait yaradılıb. Səsvermə kabinələri qurulub, Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilən əyani vasitələr asılıb. Məntəqə rabitə, fasiləsiz elektrik enerjisi və yüksəksürətli internet şəbəkəsi ilə, digər zəruri avadanlıqla təmin edilib. Seçicilərin siyahısı hazırlanıb, bildirişlər paylanılıb.
Burada məntəqə seçki komissiyası üzvlərinin rahat işləmələri, eləcə də müşahidəçilərin seçki prosesini sərbəst şəkildə izləyə bilmələri üçün lazımi şərait yaradılıb. Seçki günü səsvermədə iştirak edə bilməyən əlil və xəstə seçicilər səyyar seçki qutuları vasitəsilə səs verəcəklər. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış seçkilərə çağırış plakatları əhalinin sıx olduğu ərazilərdə asılıb. Namizədlərin təşviqat plakatlarının bərabər səviyyədə yerləşdirilməsi üçün seçki məntəqəsinin yaxınlığına lövhələr quraşdırılıb.
“Səsvermə günü seçki prosesini onlayn izləmək üçün məntəqədə veb-kamera da quraşdırılıb. İstənilən şəxs bu prosesi internet vasitəsilə canlı izləyə bilər. Bir sözlə, məntəqəmizdə seçkiyə hazırlığın vəziyyəti onu deməyə əsas verir ki, seçki günündə heç bir çətinlik yaşanmayacaq, vətəndaşlar öz konstitusion hüquqlarından istifadə edərək istədikləri namizədi şəffaf şəkildə seçəcəklər”, - deyə sədr bildirib.
Qeyd edək ki, 45 saylı Abşeron Seçki Dairəsinin tərkibində 36 seçki məntəqəsi fəaliyyət göstərir. Dairə ərazisində 46514 seçici qeydiyyata alınıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

