/ / Dövlət müşaviri Bahçeşehir Universitetində Azərbaycan multikulturalizmi haqqında mühazirə oxuyub
Dövlət müşaviri Bahçeşehir Universitetində Azərbaycan multikulturalizmi haqqında mühazirə oxuyub
23.10.2015 [10:43]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bahçeşehir Universitetinin dəvəti ilə bu universitetdə təhsil alan yerli və xarici tələbələrə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda mühazirə oxumaq üçün Türkiyəyə səfər edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilər Şurasının sədri Kamal Abdullayev dinləyicilərə Azərbaycandakı tolerant və multikultural mühit, burada yaşayan azsaylı xalqların və etnik qrupların dil, din və mədəniyyətinin qorunması üçün həyata keçirilən dövlət siyasəti, multikulturalizmin unikal modelini formalaşdıran Azərbaycan xalqının keçmişi və bu günü, hazırda dünyanın böyük maraq göstərdiyi Azərbaycan multikulturalizminin mədəni-mənəvi, siyasi və hüquqi əsasları haqqında ətraflı məlumat verib.
Dövlət müşaviri Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarından söhbət açarkən bütün dünyanın mədəni irsinə çevrilən “Kitabi-Dədə Qorqud” dastanlarının elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan və bu Sərəncamda göstərilən tədbirlər planından irəli gələrək həyata keçirilən tədbirlərdən söhbət açıb.
Dövlət müşavirinin dünyanın nüfuzlu universitetləri sırasında yer alan Bahçeşehir Universitetinin rəhbərliyi ilə görüşündə gələcəkdə Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği ilə bağlı işlərdə bu təhsil ocağının yaxından iştirakı məsələsi müzakirə olunub. Universitet rəhbərliyi yaxın gələcəkdə “Azərbaycan multikulturalizmi” fənninin burada tədrisinə başlamaq istəklərini və bu istiqamətdə reallaşdırılacaq bütün tədbirlərdə yaxından iştirak etmək niyyətlərini bildirib.
Bundan əlavə, Dövlət müşaviri burada ABŞ-ın Nyu-York Dövlət Universitetinin (SUNY University at Albany) professoru Araş Alaey ilə də görüşüb. Görüşdə Azərbaycan multikulturalizminə böyük maraq göstərən professor Araş Alaey çalışdığı universitetdə də “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin maraqla qarşılanacağını diqqətə çatdırıb. O, gələcəkdə bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əlaqələr quracağını söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50

