AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, YENİ AZƏRBAYCAN PARTİYASININ SƏDRİ CƏNAB İLHAM ƏLİYEVƏ
21.11.2015 [10:25]
Möhtərəm cənab Prezident,
Sizi rəhbəri olduğunuz hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23 illiyi münasibətilə ürəkdən təbrik edirik.
Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi mühitinə çox çətin bir vaxtda qədəm qoydu. Həmin dövrdə yenicə müstəqilliyini qazanmış Azərbaycan Respublikası çoxsaylı çətinliklər içərisində idi. Dövrün mürəkkəb şəraitini gözdən keçirərkən gənc dövlətin varlığını itirmək təhlükəsinin yaşandığını da xatırlamaq lazımdır. Məhz belə bir zaman kəsiyində Heydər Əliyev şəxsiyyətinin bənzərsiz idarəçilik qabiliyyəti, məharəti, əzmkarlığı və prinsipiallığı özünü YAP-ın timsalında yüksək təşkilatlanmış şəkildə göstərdi. Ulu öndər bu partiyanı formalaşdırmaqla təkcə bir siyasi qurumu ərsəyə gətirmədi, həm də Azərbaycan üçün tamamilə yeni mərhələnin başlandığını bəyan etdi. 23 illik bu mərhələ şərəf yolumuz, fəxarət mənbəyimiz, ölkəmizin daha böyük uğurlar qazanacağına əminlik yaradan misilsiz inkişaf, intibah və tərəqqi tariximizdir.
Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə ideoloji məktəb rolunu oynamaqla yanaşı, yüksək siyasi mədəniyyət etalonuna da çevrilməyi bacardı. Qurumun ölkəmizdə partiyalararası münasibətlərin yeni forma və metodlarının hazırlanması sahəsindəki xidmətləri böyükdür. Bütün bunlar YAP-ın intellektual potensialından, novatorluq dəst-xəttindən qaynaqlanır.
Bu günün Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Azərbaycan xalqı fəaliyyətinin 23-cü ilində bu quruma etimadını bir daha göstərdi. YAP Azərbaycan Respublikasının Milli Məclisinə 1 noyabr 2015-ci il tarixində keçirilmiş seçkidə mütləq qələbə qazandı. Tam əminliklə bildiririk ki, hakim partiya rəhbərliyinizlə bundan sonra da böyük uğurlara imza atacaq. Azərbaycan jurnalistləri üçün bu uğurların müjdəçisi olmaq şərəf işidir.
Möhtərəm cənab Prezident, Sizi bir daha Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi münasibətilə ürəkdən təbrik edir, müstəqil Azərbaycan Respublikasının daha da çiçəklənməsi yolundakı yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
Dərin hörmətlə,
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30

