Nizami rayon İcra Hakimiyyəti və KİVDF birgə müsabiqə elan edib
25.11.2015 [10:05]
Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi elan edilib.
Müsabiqənin mövzusu “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”dir. Məqsəd Nizami rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Təqdim olunan yazılara aid tələblər aşağıdakılardır:
- Dərc olunmuş yazıların sərlövhələri təklif edilmiş mövzu ilə eyni olmalıdır;
- Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;
- Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır;
- Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
- Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
- Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşən qəzetlər, Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”dan çıxarılan qəzetlər (1 il müddətində), Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində).
Qəzetdə dərc olunmuş yazıda “Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazıların qəbul qaydaları:
- Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə; Yazının Elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) 1 nüsxə;
- Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə.
Yazıların həcmi 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).
Tələb olunan sənədlər:
- Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası);
- İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Şəxsi VÖEN-in surəti;
- Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı).
İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət etmək olar. Tələb edilən sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Yazıların qəbulu 2015-ci il 24 noyabr tarixində başlayır, 2016-cı il 15 yanvar tarixində başa çatır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Müsabiqədə birinci yer üçün bir nəfər (1000 manat), ikinci yer üçün iki nəfər (800 manat), üçüncü yer üçün üç nəfər (600 manat) qalibin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 10 yazı müəllifinə (200 manat) həvəsləndirici mükafatlar veriləcək.
Qaliblər, həmçinin Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24

